Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avstraliyadan rusiyalı nazirlərə, prezidentə sanksiya – Putin Qəddafi ilə bir qrupda

28 Fevral 2022
A A
Avstraliyadan rusiyalı nazirlərə, prezidentə sanksiya – Putin Qəddafi ilə bir qrupda

Lavrov, Şoyqu və Putin. Foto: Pool/Reuters

Avstraliya Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, eləcə də Rusiya Təhlükəsizlik Şurasının digər üzvlərinə qarşı maliyyə sanksiyaları və ölkəyə giriş qadağası qoyub. Bu barədə məlumat Avstraliyanın baş naziri Skott Morrisonun rəsmi saytında yerləşdirilib:

Biz Rusiya prezidenti Vladimir Putindən Ukraynaya qarşı apardığı əsassız müharibəyə görə cavab verməyi tələb edirik. Sanksiyalar gecə yarısından etibarən qüvvəyə minəcək. Prezident Putin, xarici işlər naziri Lavrov və müdafiə naziri Şoyqu Rusiyanın Ukraynaya hücuma görə birbaşa məsuliyyət daşıyırlar.

Skott Morrison

Sanksiyalar kimlərə tətbiq olunur:

  • Rusiya prezidenti Vladimir Putin;
  • xarici işlər naziri Sergey Lavrov;
  • baş nazir Mixail Mişustin;
  • daxili işlər naziri Vladimir Kolokoltsev;
  • müdafiə naziri Sergey Şoyqu.

Morrison vurğulayıb ki, hər hansısa prezidentin bu cür sanksiyalarla üzləşməsi çox nadir halda baş verir və Vladimir Putin Zimbabvedən Robert Muqabe, Liviyadan Müəmmər Qəddafi və Suriyadan Bəşər Əsədin daxil olduğu çox kiçik qrupa daxil olub. Baş nazir onu da əlavə edib ki, Avstraliya indiyədək Putinin qanunsuz və zorakı ambisiyalarını həyata keçirən korrupsioner oliqarxlar, deputatlar və hərbi komandirlər daxil olmaqla 350-dən çox rusiyalıya sanksiya tətbiq edib:

Rusiyanın Belarusdan hücumlara keçməsinə icazə verərək Putinin təcavüzünə kömək edən Belarusun müdafiə naziri Viktor Xrenin də daxil olmaqla, 13 Belarus fiziki və hüquqi şəxsə sanksiya tətbiq etdik.

Skott Morrison

Baş nazir onu da bildirib ki, Avstraliya Avropa İttifaqı və ABŞ-ın elan etdiyi tədbirləri, o cümlədən Rusiya Mərkəzi Bankına qarşı məhdudiyyətləri və bir sıra maliyyə institutlarının SWİFT-dən ayrılmasını dəstəkləyir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia