İtaliyanın xarici işlər naziri Luici Di Mayo Ukrayna hökumətinə 110 milyon avro yardım edilməsinə dair qətnamənin imzalandığını bəyan edib. Nazir bu məlumatı tvitter hesabında yayıb:
Mən həmkarım Dmitri Kulebaya bildirdim ki, İtaliya Ukrayna ilə həmrəyliyinin və qardaşlıq dəstəyinin ifadəsi kimi Kiyev hökumətinə 110 milyon avronun dərhal ödənilməsi barədə qərar imzalamışam.
Luici Di Mayo
Qeyd edilib ki,110 milyon avro maliyyə Kiyevlə razılaşdırılacaq sahələrə yönəldiləcək.