Çərşənbə, 10 Avqust 2022
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Gürcü könüllülərin Ukraynaya getmək istəyi – Hökumət əngəli, aksiyalar

02 Mart 2022
3 min read
Gürcü könüllülərin Ukraynaya getmək istəyi – Hökumət əngəli, aksiyalar

Ukraynanın Gürcüstandakı səfirliyi.Foto: Mariam Nikuradze

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya hücumuna Gürcüstanın münasibətini “əxlaqsız mövqe” adlandırdıqdan, eləcə də Gürcüstan gürcü könüllü döyüşçülərin Ukraynaya aparılması üçün nəzərdə tutulan çarter reysini əngəllədikdən sonra Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov geri çağırılıb.

OC media yazır ki, Zelenski xarici vətəndaşların döyüşmək üçün Ukraynaya getməsinə çağırış etdikdən sonra gürcü könüllülər döyüşə getmək istəyiblər. Lakin onlar bidiriblər ki, bazar ertəsi axşamı könüllüləri aparmaq üçün Ukrayna hökumətinin ayırdığı təyyarənin Tbilisiyə enməsinə maneə törədilib.

Ukraynanın baş naziri Denis Şmiqal təyyarənin enişinə icazə verməsi üçün Gürcüstan hökumətinə təzyiq göstərməyə çalışıb. Şmiqal tvitterdə ukrayna, ingilis, rus və gürcü dillərində mesajlar paylaşaraq, gürcü həmkarı İrakli Qaribaşvilinin cəsarət göstərəcəyinə və uçuşa icazə verəcəyinə ümid etdiyini bildirib:

Azadlığı sevən gürcü xalqı, baş nazirinizə düzgün qərar verməsi üçün kömək edin!

Denis Şmiqal

Ukrayna baş naziri Denis Şmiqalın müraciətindən sonra Gürcüstanın parlament binası qarşısında Ukrayna ilə həmrəylik nümayiş etdirmək, eləcə də gürcü hökumətinin işğalla bağlı açıqlamalarına qarşı etiraz aksiyası keçirilib.

Gürcülərin Ukraynaya getmə istəyi: Ukrayna prezidenti Vladimir Zelenski Ərazi Müdafiəsi üzrə Beynəlxalq Legionun yaradıldığını elan etdikdən sonra gürcü könüllülər Ukraynaya getmək üçün təşkilatlanmağa başlayıblar. Bəzi mənbələrin məlumatlarına əsasən, 60-a yaxın könüllüdən ibarət qrup avtobusla Tiflisdən yola düşüb. Bir qrup gürcü könüllü isə müharibəyə qoşulmaq üçün deyil, ukraynalılara maddi-texniki baxımdan kömək etmək üçün Ukraynaya getmək istədiklərini söyləyib.

Gürcüstanın “İşğala Qarşı Mübarizə Hərəkatı”nın lideri Davit Katsarava feysbukda paylaşdığı yazıda Gürcüstan hökumətini “Rusiyanın müttəfiqi” adlandıraraq özü də daxil olmaqla digər könüllülərin Ukraynaya aparılması üçün təşkil olunan reysin ləğv edilməsini qınayıb. Belə ki, könüllülər bu reyslə öncə Polşaya uçmağı, ordan isə Ukraynaya getməyi planlaşdırıb.

Gürcülərin Ukrayna getmək istəyinə hökumət nə deyir: İqtidarda olan “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze bildirib ki, hökumətin gürcü könüllülərin Ukraynaya göndərilməsinə icazə verməsi onların müharibədə iştirak etməsinə icazə vermək deməkdir. Bundan başqa, Parlament iclası zamanı hakim partiya kifayət qədər iş görmədikləri ilə bağlı iddialara kəskin şəkildə etiraz edib. Hakim partiyanın təşəbbüsü ilə Gürcüstan parlamenti bazar ertəsi plenar iclasını Ukrayna himninin oxunması ilə açıb və kürsüdə Ukrayna bayrağı dalğalanıb.

Xarici vətəndaşların Ukraynada döyüşməsinə NATO münasibəti: Bir çox ölkə, o cümlədən NATO ölkələri öz vətəndaşlarının Rusiya işğalına qarşı döyüşmək üçün Ukraynaya getməsinə açıq şəkildə icazə verib. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu məsələdə ingilisləri tamamilə dəstəkləyəcəyini vurğulayıb.

Son yazılar

ABŞ Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyub

by Mikroskop
09 Avqust 2022
0
ABŞ Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyub

Amerika Birləşmiş Ştatları Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyduğunu elan edib. Bu haqda ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında...

Read more

Zelenski Qərbə çağırış edib ki, sərhədlər ruslar üçün tamamilə bağlansın

by Mikroskop
09 Avqust 2022
0
Zelenski Qərbə çağırış edib ki, sərhədlər ruslar üçün tamamilə bağlansın

Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinə səslənərək Rusiya vətəndaşlarının öz ərazilərinə girişini qadağan etməyə çağırıb. O, bu haqda “The Washington...

Read more

Səlim Müslümovun üzərinə həbs qoyulan əmlakları məlum olub

by Mikroskop
08 Avqust 2022
0
Səlim Müslümovun üzərinə həbs qoyulan əmlakları məlum olub

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, hazırda ev dustaqlığına olan Səlim Müslümovun müsadirə olunan əmlaklarının tam siyahısı təqdim edilib. "Report"un...

Read more

“Bayraktar” Ukraynada zavod tikəcək

by Mikroskop
08 Avqust 2022
0
“Bayraktar” Ukraynada zavod tikəcək

Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı olan “Bayraktar” Ukraynada zavod tikintisinə başlayacaq. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “RBK-Ukrayna”ya müsahibəsində...

Read more

Laçın və Kəlbəcərin 6 dəfə atəşə tutulduğu deyilir, tərəflər bir-birini ittiham edir

by Mikroskop
08 Avqust 2022
0
Laçın və Kəlbəcərin 6 dəfə atəşə tutulduğu deyilir, tərəflər bir-birini ittiham edir

Azərbaycan Müdafiə Nazirliyi sutka ərzində atəşkəsin 10 dəfə pozulması haqda məlumat yayıb. Açıqlamada atəşin 6-sının Ermənistan ərazisindən açıldığı bildirilib. Ermənistan...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan