Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyanın 7 bankı SWIFT-dən çıxarıldı

02 Mart 2022
A A
Rusiyanın 7 bankı SWIFT-dən çıxarıldı

SWİFT-in logosu. Foto: Jakub Porzycki/Gettyimages.ru

Avropa İttifaqı Rusiyanın daha əvvəl sanksiyalara məruz qoyduğu 7 bankını banklararası ödəniş sistemi SWIFT-dən (Society for Worldwide Interbank Financial Telecommunication) rəsmən ayırıb. Məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.

Siyahıda olan banklar:

  • VTB
  • “Rossiya”
  • “Otkritie”
  • Novikombank
  • Promsvyazbank
  • Sovcombank
  •  VEB

Bundan əlavə, istisnalar olmaqla, avro əskinaslarını Rusiyaya çatdırmaq, köçürmək və ya ixrac etmək qadağandır.

SWIFT nədir: 1973-cü ildə 19 ölkədən olan 248 bank tərəfindən Belçika qanunvericiliyinə əsasən yaradılmış bir cəmiyyətdir. Məlumat mübadiləsini aparan və ödənişləri həyata keçirən eyni adlı banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır. 2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir. SWIFTNet şəbəkəsi vasitəsilə pul köçürmələri, ödənişlər və qiymətli kağızların mübadiləsi haqqında məlumatların ötürülməsi üçün ən sürətli və təhlükəsiz kanaldır. “Visa” və ya “Mastercard” kimi ödəniş sistemlərindən fərqli olaraq, SWIFT yalnız banklararası səviyyədə istifadə olunur.

Rusiyanın SWIFT-lə hədələnməsi: 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynadakı daxili siyasi vəziyyətin ağırlaşmasından sonra Qərb ölkələri təzyiq vasitəsi kimi Rusiyanı SWIFT-dən ayırmaqla hədələməyə başlamışdı. Bu cür çağırışlar çox olsa da, təşkilatın nümayəndələri Rusiyanı sistemdən ayırmaq niyyətində olmadıqlarını bəyan edirdilər. Rusiyanın SWIFT-dən ayrılma ehtimalı ilə bağlı müzakirələr 2021-ci ilin yazında, Avropa Parlamenti bunu tələb edən qərar qəbul etdikdən sonra yenidən başlamışdı.

SWIFT-dən çıxarılmanın Rusiyaya təsiri: Rusiya şirkətləri rahat və sürətli ödəniş üsullarından istifadə edə bilməyəcəklər. Bununla da qlobal miqyasda əməliyyat aparmaları məhdudlaşacaq. Rusiya dünyanın ən böyük kənd təsərrüfatı məhsulları və neft istehsalçı olduğuna görə yavaşlamalar ən çox bu sektorlara zərər vura bilər. SWIFT sistemindən uzaqlaşdırma nəticəsində ixrac məhsullarının ödənişlərində ciddi pozulamalar yaşana bilər. SWIFT-dən Rusiya banklarını uzaqlaşdırmaq sadəcə Rusiyaya deyil, onunla əməkdaşlıq edən digər ölkələrə də ziyan vuracaq. Xüsusilə bu ölkəyə ixrac və idxal edən şirkətlər ciddi zərər görəcəklər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia