Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyada qlobal internetlə əlaqə tamamilə kəsiləcək

11 Mart 2022
A A
Rusiyada qlobal internetlə əlaqə tamamilə kəsiləcək

İnternetin bloklanması. İllüstrasiya: Getty İmages

11 martdan etibarən Rusiyanın qlobal internetlə əlaqəsi tamamilə kəsiləcək. Bu barədə ABŞ-ın “Market Rebellion” maliyyə şirkəti tvitterdə məlumat yayıb:

 Yalnız Rusiya zonasındakı veb-saytlar və serverlər Rusiya ərazisində olanlar üçün əlçatan olacaq.

Market Rebellion

Şirkət qeyd edib ki, hələ 2019-cu ilin martında Rusiya qlobal internetdən ayrılmağı sınaqdan keçirib. Ölkə bir müddət dünyanın qalan hissəsi ilə əlaqəni kəsib, lakin öz vətəndaşları üçün daxili internet bağlantısını saxlayıb.

Bununla bağlı Rusiya nə deyir: Ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti bildirib ki, ən azından Rusiya hakimiyyəti ölkəni qlobal internetdən ayırmağı planlaşdırmır. Lakin federal və regional icra hakimiyyəti orqanlarına kibergigiyena ilə bağlı tövsiyələr göndərilib.

Nələr tövsiyə olunur:

  • martın 11-dək Rusiyada yerləşən DNS serverlərindən istifadəyə keçmək;
  •  xarici resurslardan yüklənmiş bütün JavaScript kodunu HTML səhifə şablonlarından silmək;
  • xarici hostinqdən istifadə edildikdə, orada yerləşdirilən ictimai resursları Rusiya hostinqinə köçürmək;
  • parol siyasətinin yenilənməsi və mürəkkəbləşdirilməsi;
  • domen adlarında qeydiyyatçıların şəxsi hesablarında parolların dəyişdirilməsi.

Qeyd olunub ki, tövsiyələr resursları zərərli trafikdən daha səmərəli şəkildə qorumaq, saytların işlək vəziyyətdə qalmasını təmin etməyə və domen adlarına nəzarət etməyə kömək edəcək.

Rusiyada media və sosial medianın durumu: Ölkədə “facebook” və “twitter” bloklanıb, “youtube”da bir çox rusiyalının kanalı bağlanıb. “Booking.com” onlayn otel bron etmək sisteminin fəaliyyəti dayandırılıb. “Rusiyanın Ukrayanada hərbi əməliyyatları” ifadəsi əvəzinə “müharibə” sözünü işlətdiyinə görə martın 1-də “Dojd” telekanalının və “Exo Moskvı” radiostansiyasının saytları bloklanıb.

Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti “Exo Moskvı”, “İnoSMI”, “Mediazona”, “New Times”, “Dojdd”, “Svobodnaya Pressa”, “Krym.Realii”, “Novaya qazeta”, “Jurnalist” və “Lenizdata” qəzetlərini hədələyərək Ukraynadakı müharibə ilə bağlı yazıları silməyi tələb edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia