Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyevdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçürülüblər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb:
Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Azərbaycan XİN
Qeyd olunub ki, səfirliklə aşağıdakı “qaynar xətt” nömrələri ilə əlaqə saxlamaq olar:
+380 73 5050000
+380 99 408 99 43