Rusiya bir neçə il ərzində ən çox sanksiyaların tətbiq olunduğu ölkəyə çevrilib. “Castellum.Aİ”nin araşdırmasına görə, fevralın 22-dən etibarən Rusiyaya qarşı 2778 yeni məhdudlaşdırıcı tədbir görülüb. Vurğulanır ki, fevralın 22-dək tətbiq edilən məhdudiyyətlər nəzərə alınmaqla, 2014-cü ildən indiyədək martın 7-nə ümumilikdə, 5532 sanksiya tətbiq edilib.
Ən çox sanksiya tətbiq edən ölkələr:
- ABŞ – 1194;
- Kanada – 908;
- İsveçrə – 824;
- Avropa İttifaqı – 766;
- Fransa – 760.
Qeyd edilir ki, Rusiyadan sonrakı pillələrdə İran, Suriya, Şimali Koreya, Venesuela, Myanmar və Kuba gəlir.