Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ və Britaniya Rusiyadan neft-qaz idxal etməyəcək

09 Mart 2022
A A
ABŞ və Britaniya Rusiyadan neft-qaz idxal etməyəcək

Neft buruğu. Foto: Maksim Boqodvid/RİA

ABŞ və Britaniya hökuməti Rusiyadan neft və neft məhsulları, eyni zamanda qazın idxalını qadağan etmək qərarına gəlib. Bununla bağlı ABŞ prezidenti Co Bayden fərman imzalayıb. Bayden etiraf edib ki, ABŞ-ın Avropadakı bütün müttəfiqləri və tərəfdaşları eyni addımı ata bilməz, lakin Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün uzunmüddətli strategiya hazırlanır.

ABŞ-ın ardınca Böyük Britaniyanın baş naziri Boris Conson 2022-ci ilə qədər Rusiyadan neft idxalını dayandıracaqlarını açıqlayıb. Onun bəyanatı Britaniya hökumətinin saytında dərc edilib. Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq bildirib ki, bu imtina başqa şirkətlərə və təchizatçılara Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.

Britaniyada Rusiya neftinin rolu: Rusiyadan gələn neft Böyük Britaniyanın tələbatının 8%-ni, qazı isə 4%-dən azını təşkil edir. Avropa gündə təxminən 4 milyon barel Rusiya nefti və neft məhsulları idxal edir. Avropa Komissiyasının məlumatına görə, Rusiya 2019-cu ildə idxalın 27%-ni təşkil etməklə, hazırda Aİ-yə ən böyük xam neft ixracatçısıdır.

Aİ-nin mövqeyi: Avropa Birliyi martın 10-da Fransada keçiriləcək Aİ-27 liderlərinin sammitində Rusiyadan neft və qaz embarqosu məsələsinə baxacaq. Hələlik, bu qadağaya Almaniya qarşı çıxıb. Buna baxmayaraq, Aİ ilin sonuna qədər Rusiyadan asılılığının üçdə ikisini azaltmaq niyyətində olduğunu bildirir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia