Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcülər ruslara qarşı miqrasiya məhdudiyyəti tələb edirlər

24 Mart 2022
A A
Gürcülər ruslara qarşı miqrasiya məhdudiyyəti tələb edirlər

Gürcüstanda Ukraynaya dəstək aksiyası. Foto: Alexandr Burakow/DW

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyada təzyiqlərlərin artması və ölkəyə tətbiq olunan sanksiyalar səbəbindən xeyli rus vətəndaş Cənubi Qafqaza köçüb. OC Media yazır ki, bu hal Gürcüstanda xeyli vətəndaşın narahatlığına səbəb olub.

Gürcülərin narahatlığı, hökumətdən tələbi

Gürcüstan İqtisadiyyat Nazirliyinin martın 7-sinə olan məlumatında qeyd olunub ki, müharibə başlayandan təxminən 20-25 min Rusiya vətəndaşı Gürcüstana üz tutub. Bu kütləvi miqrasiya Gürcüstanda qorxuları artırıb. İddia edilib ki, ola bilsin Rusiya keçmişdə Gürcüstana hücum edərkən orada çoxlu sayda Rusiya vətəndaşının olmasını bəhanə edib. Bir çox gürcü vətəndaşı hökumətdən ruslara qarşı yürüdülən yumşaq miqrasiya siyasətini sərtləşdirməyi tələb edir.

İctimai rəy nə göstərir: Qafqaz Tədqiqat Resurs Mərkəzlərinin (CRRC Georgia) Ukrayna ilə bağlı sorğusundan əldə edilən nəticələr göstərib ki, əhalinin əksəriyyəti miqrasiya məhdudiyyətlərinin tətbiq edilməsini dəstəkləyir:

  • məhdudiyyət tərəfdarları – 59%
  • qarşı çıxanlar – 31%
  • bitərəf qalanlar – 9%

Toplanan statistika sosial və demoqrafik dəyişimlərə görə bölündükdə məlum olur ki, miqrasiya məhdudiyyətlərini dəstəkləyən qruplar arasında kəskin fərq var. Bir çox amillər nəzərə alındıqda məhdudiyyətləri daha çox gənclərin dəstəklədiyi bəlli olur:

  • 18-34 yaşlılar – 60%
  • 35-54 yaşlılar – 54%
  • 55+ yaşlılar – 44%

Gürcüstanda yaşayan etnik azlıqlar da miqrasiya məhdudiyyətlərinin tətbiqini az dəstəkləyiblər. Onların yalnız 44%-i məhdudiyyət tərəfdarı olublar. İctimai rəy sorğusunda müxtəlif partiyaların tərəfdarları da fərqli fikirlər səsləndiriblər. Məhdudiyyətlərin tətbiqinə daha çox müxalif partiya dəstəkçiləri razı olublar:

  • müxalifət partiya tərəfdarları – 65%
  • hakim partiya tərəfdarları – 43%
  • dəstəklədiyi partiya adını deməyənlər – 45%
  • partiya seçimində əmin olmayanlar – 58%

QEYD: Yazıda göstərilən sosial və demoqrafik bölgülər reqressiya modelinə əsaslanır. Reqressiya modelinə yaş, cins, məcburi köçkün statusu, ümumi rifahın səviyyəsi, etnik mənsubiyyət (etnik azlıq və ya azlıq olmayan), təhsil səviyyəsi və s. məlumatlar daxildir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia