Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Xarkovdan qaçan azərbaycanlı ailə Polşada məktəbdə məskunlaşıb

25 Mart 2022
A A
Xarkovdan qaçan azərbaycanlı ailə Polşada məktəbdə məskunlaşıb

İslam Məlikov Pşemsl şəhərindəki sığınacaqda. Foto: Tamuna Chkareuli

İslam Məlikov Bakıda dünyaya gəlib və ömrünün son 30 ilini Xarkovda keçirib. OC Media Polşa-Ukrayna sərhədi yaxınlığındakı ukraynalı qaçqınlar üçün qurulan sığınacaqda Məlikovla danışıb, onun Xarkovdan necə çıxdığı və müharibə haqqında düşüncələrini öyrənib.

O, həyat yoldaşı, qızı və nəvəsi ilə Polşa sərhədində yerləşən Pşemsl şəhərindəki Juliusz Slowacki adına 1 nömrəli orta məktəbdə qurulan sığınacaqda yerləşib. Ailə buradan Almaniyaya köçməyi planlayır. İslam deyir ki, tək olsaydı Ukraynada qalardı. Ancaq azyaşlı uşaqlar olanda vəziyyət dəyişir. Onun nəvəsi Leyla cəmi 16 aylıqdır:

Uşaqlar çox qorxdu. Bu kiçik qız hələ heç yeriyə bilmir.

deyə əlavə edir

Sığınacağa gəlmədən iki gün öncə İslam və ailəsi Xarkovun əsas dəmiryolu stansiyasında yüzlərlə insan izdihamında qatarı gözləyib. Ondan öncə isə Xarkovdakı bir məktəbin zirzəmisindəki müvəqqəti sığınacaqda 6 gün yaşamalı olublar. İslam evakuasiya qatarının gəlməsini gözlədikləri zamanı xatırlayanda titrəyir:

Sayısız insan bir-birini itələyirdi. Qorxu var idi. Çox pis bir qorxu. Stansiya yaxınlığında bomba partladı, stansiyanın yarısında şüşələr sındı. İnsanlar panikaya düşdülər. Mən elə düşünürdüm ki, gücüm tükənib. Artıq bacarmıram. Ancaq  niyəsə, bəlkə Tanrıdandır, sanki yenidən güclə doldum.

İslam Məlikov

İzdihamdan uzaqlaşmağa çalışan Məlikovlar ailəsi dəmir barmaqlıqlara dırmaşaraq qatar yoluna doğru iləriləməyə çalışıb. Bu vaxt qatar birinci platformaya yaxınlaşıb. “Möcüzə” yaşanıb və onlar qatar yoluna çataraq qatara vaxtında minə biliblər.

“Onlar rus xalqını heç vaxt bağışlamayacaq“

İşğal digər insanlar kimi İslamın da təəccübünə səbəb olub. O, deyir, heç kim bunu gözləmirdi:

Xarkov həmişə rusdilli şəhər olub. Mən 30 ildir ki, orada yaşayıram və heç vaxt kiminsə ukrayna dilində danışdığını eşitməmişəm. Yalnız 2014-cü ildə Maydan hadisələrindən sonra mağazalarda bəzi insanların ukrayna dilində danışdığını eşitmişəm.

İslam deyib

İslam Xarkovda gördüklərindən sonra düşünür ki, ukraynalıların hazırkı nəsli rus xalqını heç vaxt bağışlamayacaq. Onun sözlərinə görə, rus ordusunun Xarkovu bombalayacağına inana bilməyən rus xalqının, o cümlədən orada yaşayan qohumlarının beyni Kremlinin yürütdüyü propoqandalarla yuyulub:

Rusiyada üç əmim yaşayır. Partlayış baş verən gecə onlara zəng edib baş verənləri danışdım. Ancaq onların mediası xalqa fərqli bir şey göstərir.

İslam Məlikov

İslamın fikrincə, günahın ən böyük payı yalnız Rusiya prezidenti Vladimir Putinin üzərinə düşür. Buna baxmayaraq ki, o, rus xalqını ona qarşı çıxmamaqda da günahlandırır. İslam deyir, 140 milyon Rusiya vətəndaşının 30%-i etiraz etsə, Putinin öhdəsində gələ bilərlər. Ancaq onlar bunu etmirlər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia