Azərbaycan martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsinə başlayacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin rəsmi feysbuk səhifəsi məlumat yayıb. Bildirilib ki, ilk növbədə test işləri həyata keçiriləcək və bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir:
Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.
“Azəriqaz” İB
Qarabağda qaz problemi: Martın 8-də Dağlıq Qarabağın əksər hissəsində, o cümlədən Xankəndi istiliksiz qalıb. Azərbaycan tərəfi martın 16-sı qaz kəmərini təmir edib. “Azəriqaz” İstehsalat Birliyi məsələyə aydınlıq gətirərək bildirib ki, qaz paylayıcı xətlərdəki problem uzun illər texniki xidmət göstərilmədən istismara görə yaranıb. Bildirilib ki, “Azəriqaz”ın əraziyə ezam olunmuş əməkdaşları qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görüblər.