Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistan Azərbaycana dərhal sülh danışıqlarına başlamağı təklif edib

29 Mart 2022
A A
Ermənistan Azərbaycana dərhal sülh danışıqlarına başlamağı təklif edib

Azərbaycan-Ermənistan təmas xətti. Foto: Ermənistan PA

Ermənistan Azərbaycanla dərhal sülh danışıqlarına başlamaq istədiyini bəyan edib. Ermənistan Təhlükəsizlik Şurasının bununla bağlı bəyanatı hökumətin teleqram kanalında yayımlanıb:

Mövcud vəziyyətdə Təhlükəsizlik Şurası Ermənistanın əvvəlki mövqeyinin təsdiqini zəruri hesab edir və Azərbaycanı hərtərəfli sülh müqaviləsi üzrə dərhal danışıqlara başlamağa dəvət edir.

Ermənistan Təhlükəsizlik Şurası

Təhlükəsizlik Şurası onu da əlavə edib ki, regionda yeni hərbi eskalasiyanın qarşısını almaq üçün beynəlxalq çəkindirmə mexanizmlərindən istifadə etmək lazımdır.

Sülh danışığı haqqında: Martın 12-də Azərbaycan XİN-i iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana beş maddədən ibarət təklif verib:

  • suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin qarşılıqlı tanınması;
  • qarşılıqlı ərazi iddialarından əl çəkilməsi;
  • beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə zərər verəcək təhdidlərə son qoyulması;
  • sərhədlərin yenidən müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması,
  • nəqliyyat və kommunikasiya xətlərinin açılması.

1 aydır Qarabağda nə baş verir: 2-12 mart tarixlərində Azərbaycan MN-nin yaydığı məlumatlara görə, Goranboy, Ağam, Tərtər, Xocalı və Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri ayrı-ayrı vaxtlarda müxtəlif növ silahlardan atəşə tutulub. Ermənistan atəşkəs pozuntuları nəticəsində Dağlıq Qarabağda ermənilərin yaşadığı kəndin bombalandığını deyib.

Ötən həftə Yerevan Azərbaycan tərəfini təmas xəttini pozmaqda ittiham edib, Bakı isə Ermənistanın qanunsuz hərbi birləşmələrinin təxribat törətməyə cəhd etdiyini bildirib. Azərbaycan MN Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarətinə keçdiyini açıqlayıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia