Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əsgərlikdə olan jurnalist: “Prezident Qarabağa gələndə 2 minə yaxın hərbçi susuz qaldı”

30 Mart 2022
A A
Əsgərlikdə olan jurnalist: “Prezident Qarabağa gələndə 2 minə yaxın hərbçi susuz qaldı”

İlham Əliyev. Foto: president.az

Hərbi xidmətdə olan jurnalist Fərid İsmayıl xidmət etdiyi hərbi hissədəki özbaşınalıqlardan, çatışmazlıqlardan yazıb. Bu haqda şəxsi feysbuk hesabında yazan İsmayılov bildirib ki, hərbi hissə rəhbərliyinin məsuliyyətsizliyi ucbatından sağlamlığına ciddi ziyan dəyib. O, əlavə edib ki, xidmət etdiyi hissədə generator, içməli su və qida problemi aylardır həll edilmir:

Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz vəziyyətdə düşmənlə üz-üzə dayanır. Çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmim komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur!

deyə vurğulayıb

Fərid İsmayılov deyir, məzuniyyətdə olduğu dövrdə onunla əlaqə saxlayan Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin əməkdaşlarına problemlər barədə məlumat versə də, 1 ay ərzində heç biri həll olunmayıb:

Cənab prezident, DTX gəlsin xidmət etdiyim hərbi hissəni araşdırsın. Cənab prezident, özünüz deyirsiniz ki, Azərbaycanın güclü ordusu var. Bəli, var, kifayət qədər güclü ordudur. Amma bu ordunun əsgəri ilə maraqlanmırsınız. Bir dəfə hansısa posta gedib əsgərlə kontaktda olmamısınız. Siz ötən ilin avqustunda Qarabağa səfər edirdiniz deyə 2000-ə yaxın şəxsi heyət susuz qaldı. İçməli su gətirilmədi ki, yoldan prezident keçəcək.

sözlərini əlavə edib.

İsmayılov vurğulayıb ki, qarşılaşdığı problemləri nə vaxt dilə gətirirsə, xidmət etdiyi bölmənin komandiri, münasibəti olan zabit heyəti danlanılır.

Müdafiə Nazirliyi jurnalistin iddialarına cavab verib: Nazirliyin açıqlamasında qeyd olunub ki, hərbi qulluqçunun səsləndirdiyi fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri- adekvat çıxışlar ordunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia