Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb. APA-nın yaydığı məlumata görə, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib. Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib. Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.
Hadisə ilə bağlı Təhsil Nazirliyi açıqlama yayıb: Məlumatda bildirilib ki, hadisə nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi deyilib.