Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Məhkəməsi: “Azərbaycan ötən il 890 min avro təzminat ödəyib”

04 Aprel 2022
A A
Avropa Məhkəməsi: “Azərbaycan ötən il  890 min avro təzminat ödəyib”

Bakı. Foto: Valeri Şarifulin/TASS

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra durumu ilə bağlı 2021-ci il üzrə hesabatı açıqlayıb. Hesabatda qeyd olunub ki, ötən il ümumilikdə 1122 qərarın icrası başa çatdırılıb, Azərbaycandan cəmi 46 qərar icra mərhələsinə daxil olub.

Qonşu ölkələrdə icra mərhələsində olan qərar sayı:

  • Rusiya – 267;
  • Ermənistan – 22;
  • Gürcüstan – 12.

Avropa Məhkəməsinin qərarlarını icra etməyən ölkələr sırasında Rusiya lider, Azərbaycan isə 5-ci pillədədir.

Onluqda yer alan ölkələr:

1. Rusiya – 1942;
2. Ukrayna – 638;
3. Türkiyə – 510;
4. Rumıniya – 409;
5. Azərbaycan – 271;
6. Macarıstan – 265;
7. İtaliya – 170;
8. Moldova – 170;
9. Bolqarıstan – 164;
10. Polşa – 97.

Qonşu ölkələrdən Gürcüstan 63, Ermənistan isə 50 qərarı icra etməyib.

Neçə qərarın icrası başa çatıb: 2021-ci ildə ümumilikdə 1122 qərar icra edilib. Azərbaycanla bağlı 12 qərarın icrasına nəzarət qapalı elan edilib. Ötən il qərarları ən çox Türkiyə (222), Rusiya (133) və Ukrayna (126) icra edib.

Nə qədər təzminat ödənilib: Hesabata görə, ötən il Azərbaycan ərizəçilərə ümumilikdə 890 min avro ödəyib. Ermənistanda bu məbləğ 298 min, Gürcüstanda isə 106 min avro olub.

Ən çox təzminat ödəyən ölkələr:

  • Rusiya – 11 milyon 917 min avro;
  • İtaliya – 3 milyon 190 min avro;
  • Moldova – 2 milyon 558 min avro.

Avropa Şurası Nazirlər Kabinetinin məlumatlarında vurğulanıb ki, son 3 ildə Azərbaycanın icra üzrə göstəricilərində yaxşılaşma müşahidə olunub. Ölkələr üzrə çıxarılmış qərarların icrası edilməsi faizlə hesablandıqda Azərbaycan 1-cı sırada gəlir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia