Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda şəxsi avtomobil servislərinə qadağa qoyulub

05 Aprel 2022
A A
Naxçıvanda şəxsi avtomobil servislərinə qadağa qoyulub

"NAZ-Lifan" servisi. Foto: nuhçixan.az

Naxçıvanda şəxsi avtomobil təmiri emalatxanası və yağdəyişmə servislərinin fəaliyyətinə qadağa qoyulub. “Gündəlik Naxçıvan”ın məlumatında qeyd olunub ki, sahibkarlardan özlərinə məxsus yeri bağlayıb “NAZ – Lifan” servislərində yer icarə götürmələri, ya da servisdə az maaşa işləmələri tələb edilib. Şikayətçilər isə “NAZ – Lifan” servisində kirayə haqqının baha olduğunu vurğulayırlar.

Şərur rayon sakini Sevindik Quliyev 35 ildir özünün yağdəyişmə servisi olduğunu, lakin bir müddət əvvəl rayon icra hakimiyyəti nümayəndəsinin ondan obyekti bağlamağı tələb etdiyini bildirir:

İcra başçısının müavini İmran Həsənov gəlib dedi ki,  yuxarıdan tapşırıq var, bütün avtomobil təmiri və yağdəyişmə yerləri  “NAZ – Lifan” servisinə köçürülməlidir. Aylıq kirayə pulu 700 manatdır. İndi bir aydan çoxdur işsizəm.

deyir Sevindik Quliyev

Quliyevin sözlərinə görə, bir neçə ildir fəaliyyətə başlayan “NAZ – Lifan” servislərində xidmət bahadır deyə müştəri olmur. Şəxsi servisləri bağlatmaqla hamını “NAZ – Lifan”ın xidmətlərindən yararlanmağa məcbur edirlər.

Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən digər Naxçıvan sakini də bənzər problemlə üzləşdiyini bildirir:

Gəlib deyirlər, öz yerini bağlamalısan. “NAZ-Lifan” servislərində 300 manat maaşa gündə 10-12 saat işləməyimi istəyirlər. Mən sənətkar adamam. Elə olub ki, 300 manatı öz yerimdə bir günə qazanmışam. İndi məni istismar etmək istəyirlər.

şikayətçi bildirir

Onun sözlərinə görə, 25 ildən çoxdur öz obyektində avtomobil təmiri ilə məşğuldur, əlindən başqa iş gəlmir.

“NAZ- Lifan” markası nə vaxt yaranıb: Naxçıvan Avtomobil Zavodu (NAZ) 2010-cu ildən bəri eyni adlı müxtəlif avtomobil markaları istehsal edib. “NAZ – Lifan” brendinin rəsmi nümayəndəliyi “Cahan Motors”, “Cahan Holdinq” şirkətlər qrupuna daxildir. “Cahan Holdinq”in yerli hakim ailə Talıbovların nəzarəti altında olduğu bildirilir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia