Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda jurnalistlərə hücum edənlərə hökm oxunub

06 Aprel 2022
A A
Gürcüstanda jurnalistlərə hücum edənlərə hökm oxunub

Məhkəmə qarşısına toplaşan radikal sağçılar. Foto: Mariam Nikuradze/OC Media

LGBT fəallarının 2021-ci ilin iyulunda Tbilisidə keçirdiyi qürur yürüşündə ən azı 53 media işçisinə və digər şəxslərə hücum edən 20 radikal sağçı fəalın məhkəmə prosesi baş tutub. OC Medianın məlumatında bildirilir ki, aprelin 4-də yekunlaşan məhkəmədə Tbilisi Şəhər Məhkəməsi 19 nəfərin 1 ildən 5 ilədək azadlıqdan məhrum edilməsinə, bir nəfərin cərimələnməsinə qərar verib.

İttiham olunanların cəzaları

İlk məhkəmə iclasında 7 nəfər Mtavari Arkhi, Formula, İmedi, Tabula, Azadlıq Radiosu və Rustavi-2 telekanallarının jurnalistlərinə, həmçinin operatorlarına qarşı zorakılıq aktını təşkil etməkdə ittiham olunub. Onlardan 4-ü 1il 3 ay, digər 2-si isə 1il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İttiham olunan digər şəxslər isə 5000 lari (1600 ABŞ dolları) məbləğində cərimələnərək sərbəst buraxılıblar.

Gün ərzində keçirilən ikinci iclasda daha 7 nəfər 1 ildən 3 ilədək azadlıqdan məhrum edilib, 6 nəfər isə ötən ildən həbsdə olduqları üçün bundan sonra cəmi 6 ay həbsdə qalacaqlar.

Üçüncü və sonuncu iclasda təqsirləndirilən 6 şəxs Pirveli televiziyasının müxbiri Miranda Baqaturiya və iğtişaşlar zamanı ölən operator Aleksandr (Lekso) Laşkaravaya hücum etdikləri üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər iğtişaşlar zamanı heç kimə hücum etmədiklərini iddia edərək öz təqsirlərini boynuna almayıblar. Alt İnfo radikal qruplaşmasının rəhbərlik etdiyi zorakı hücumların təşkilatçılarından heç birinə qarşı ittiham irəli sürülməyib.

Qərara etiraz

Məhkəmənin qərarına etiraz edən radikal sağçı və Alt İnfo qrupunun yüzlərlə tərəfdarı Tbilisi Şəhər Məhkəməsinin qarşısına toplaşıb. Polis iğtişaş yaranmasının qarşısını almaq üçün ərazidə nəzarəti gücləndirib, media işçiləri və etirazçılar arasında canlı sədd qurub.

5 iyul yürüşündə nələr yaşanıb: LGBT fəalları paytaxtda qürur yürüşü keçirərkən minlərlə radikal sağçı fəal küçələrə axışaraq jurnalistlərə və aksiyadakı digər insanlara  hücum ediblər. Baş verən iğtişaşlar zamanı ən azı 53 media işçisi yaralanıb. Pirveli televiziyasının müxbiri Miranda Baqaturiya və operator Aleksandr (Lekso) Laşkarava ciddi xəsarətlər alıb. Hücuma məruz qalan operatorun üz sümükləri qırılıb, beyin silkələnməsi olub. O, bir həftə sonra dünyasını dəyişib. 6 ay sonra açıqlanan rəsmi ekspertizada Laşkaravanın həddindən artıq dozada heroindən öldüyü iddia edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia