Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Hökumət Eynulla Fətullayevə təzminat ödəməlidir

07 Aprel 2022
A A
Hökumət Eynulla Fətullayevə təzminat ödəməlidir

Eynulla Fətullayev. Foto: Voice of America

Avropa İnsan Haqları Məhkəməsi jurnalist Eynulla Fətullayevin Azərbaycan hökuməti ilə bağlı şikayəti barədə qərar çıxarıb. Məhkəmə jurnalistin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.

Məhkəmə hansı qərarı çıxarıb: Avropa Məhkəməsi dövlətin Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini vurğulayıb. Hesab edilib ki, Eynulla Fətullayevə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub- milli məhkəmələr ədalətsiz olub. Ona narkotik vasitənin üzərinə rəsmilər tərəfindən yerləşdirilməsi, cinayət işinin ümumilikdə qurama olması haqda dəlilləri təqdim edə bilmək imkanı verilməyib. Məhkəmənin qərarına əsasən, hökumət jurnalistə 4 min avro təzminat ödəməlidir.

Şikayətin motivi nə idi: Eynulla Fətullayev iddia edib ki, 2007-ci ildə həbs edilərkən ona qarşı irəli sürülən ittihamlar uydurma olub, narkotik maddə üzərinə rəsmilər tərəfindən yerləşdirilib. Onun fikrincə, bütün baş verənlər tənqidçi jurnalistika fəaliyyətinə görə olub. 

2007-ci ildə nə baş vermişdi: Jurnalist böhtan, terrorizm hədəsi, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında iki cinayət işi üzrə təqsirli hesab olunaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Həbsdə olarkən isə üzərində axtarış aparılaraq heroin tapıldığına görə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia