Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqda qərar qəbul olunub. “Report”un məlumatına görə, qərar layihəsi Milli Məclisin plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib. Elman Rüstəmovun əvəzinə “PAŞA Bank”ın İdarə heyətinin sədri və baş icraçı direktoru Taleh Kazımov təyin olunub.
Üzvlükdən çıxarılması nə deməkdir: 1995-ci ildən Mərkəzi Bankın rəhbəri olan Elman Rüstəmov bankın İdarə Heyətinin üzvlüyündən çıxarılmaqla, həm də bankın sədrliyindən azad olunacaq.