Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvandan Türkiyəyə getmək istəyənlər 40 dəstə göyərti aparmağa məcbur edilir

12 Aprel 2022
A A
Naxçıvandan Türkiyəyə getmək istəyənlər 40 dəstə göyərti aparmağa məcbur edilir

Sədərək sərhəd-buraxılış məntəqəsi. Foto: nuhcixan.az

Naxçıvan sakinləri Sədərək gömrük məntəqəsinin Türkiyəyə getmək istəyənlərə bir neçə gündür yeni qayda tətbiq etməyə başladığını iddia edirlər. Yerli sakinlərin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, gömrükdən keçən hər bir şəxs əlində minimum 40 dəstə göyərti aparmalıdır. Əgər şəxs qonşu ölkəyə avtomobillə gedirsə, göyərti dəstə ilə yox, kilo ilə hesablanır- hər avtomobil 40 kilo götürməlidir.

Bildirilir ki, bu qaydaya əməl etməyənlər, sərhəddən buraxılmır. Şikayətçilər deyir, göyərtilər Türkiyəyə keçmək istəyənlərə Sədərək gömrüyünün qapısında paylanılır. Bu prosesə Naxçıvan Ali Məclisinin Qəbul Şöbəsinin rəhbəri Rəşad Babayevin rəhbərlik etdiyi deyilir. Taksi sürücüsü kimi çalışan Kəngərli rayon sakini Niyaz Mahmudov gömrükdən keçirilən göyərtilərin Rəşad Babayevin adamları tərəfindən Türkiyədə təhvil alınıb böyük maşınlara yükləndiyini deyir:

Ötən illər yük maşınları ilə bir dəfəyə tonlarla göy aparıb müxtəlif şəhərlərdə satırdılar. Bu il Türkiyə tərəfi göyərti üçün 40 kiloya kimi məhdudiyyət qoyub. Bunlar da hiyləyə əl ataraq mallarını bizim əlimizlə keçirirlər.

deyə bildirir

Mahmudovun sözlərinə görə, gömrükdə şərt kəsirlər ki, ya 40 kilo göyərti aparmalıdırlar, ya da Türkiyəyə buraxılmayacaqlar:

Mən avtomobillə gedirəm ki, sərnişin daşıyıb ailəmi saxlamaq üçün çörəkpulu çıxarım. Məcbur olub müştərinin birini düşürüb, onların göyərtisini aparırıq. Müştəri itirdiyimə görə, hər dəfə ən az 30-50 manat arası ziyana düşürəm.

deyib taksi sürücüsü

“Gündəlik Naxçıvan” məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük İdarəsi ilə əlaqə saxlayıb. İdarədən Türkiyəyə aparmaq üçün sakinlərə göyərti təklif edildiyini təsdiqsələr də, bunun məcburi olmadığını bildiriblər. Naxçıvan MR Ali Məclisindən isə münasibət öyrənmək mümkün olmayıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia