Ukraynanın Mariupol şəhərində ruslar tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunub. Bu barədə APA-ya Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib. Atanın sözlərinə görə, Hüseyn Mariupoldan Zaporoje şəhərinə gedib.
Nə baş vermişdi: 20 yaşlı Hüseyn Abdullayev Ukraynada ali təhsil alırdı. O, mart ayında sığınacaqdan çıxıb avtomobillə Mariupolu tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.
Qeyd edək ki, azərbaycanlı tələbə girov düşdüyü gündən indiyədək Azərbaycanın rəsmi qurumları bu haqda açıqlama verməyiblər.