Azərbaycana giriş üçün PCR testinin verilməsi tələbi ləğv olunub. Bu haqda Nazirlər Kabineti qərar çıxarıb. Bildirilib ki, qərar aprelin 15-dən etibarən qüvvəyə minir.
Qərarda nə deyilir:
- Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
- Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Bundan başqa, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran ərazisindən keçməklə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.