2020-ci ildə baş vermiş 44 günlük müharibədə yaralanan hərbi qulluqçuların sayı açıqlanıb. Bu haqda müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 30-cu ildönümünə həsr olunmuş tədbirdə danışıb. O, 11 min 110 hərbçinin yaralandığını deyib.
Nazir onu da qeyd edib ki, müharibə dövründə sağlamlığını itirmiş 259 hərbi qulluqçu xarici ölkələrə müayinə və müalicəyə göndərilib.