Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Nazirlik vərəm xəstəsinə əlillik statusu vermir

14 Aprel 2022
A A
Nazirlik vərəm xəstəsinə əlillik statusu vermir

Səxavət Əskərov

Masallı rayon Qızılağac kənd sakini Səxavət Əskərov 2 ildir vərəm xəstəsi olsa da, ona əlillik statusu verilmir. Bunu Mikroskop Mediaya onun həyat yoldaşı Natavan Əskərova deyib. O, bildirib ki, 2018-ci ildən Masallıda vərəm dispanserində qeydiyyatda olan Səxavət xəstəxanada yataraq 2 il dövlət hesabına müalicə olunsa da, sağalmayıb:

Nə iş qüvvəsi var, nə yeriyə bilir. 5 metr yolu nəfəs darlığından gedə bilmir. Öskürəndə də ağzından qan gəlir. İki dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsək də hər dəfə imtina cavabı gəlib. Birinci dəfə sənədləri yığıb nazirliyə göndərdik. İmtina gəldi ki, sənədlər tam doldurulmayıb. Bizə göstəriş verdilər ki, gedib Əlillərin Bərpa Mərkəzində məsələni aydınlaşdıraq. Yoldaşımla Masallıdan getdik Bakıya. Oradan da dedilər ki, Masallıdan göndəriş gətirməliyik, yoldaşım Ağciyər İnstitutunda bütün müayinələrdən keçməlidir.

deyə bildirib

Əsgərovanın sözlərinə görə, yoldaşı ayaqüstə dura bilmədiyinə görə onu Bakıda qoyub rayona qayıdıb, göndərişi aldıqdan sonra yenidən Bakıya yollanıb və bütün müayinələrdən keçib:

Ağciyər İnstitutundakı həkimlər də yoldaşıma dedilər ki, ona pensiya düşür. Sənədləri gətirdik, həkim rəyini yazdı, göndərdik nazirliyə. 15-20 gündən sonra yenidən imtina cavabı gəldi.

deyir Əskərova

Natavan Əsəkərova Bakıya getməyə pulu olmadığından 3-cü dəfə müraciət edə bilmədiklərini vurğulayıb.

Baş həkim Mirrəhim Nəbiyev

Masallı rayon Vərəm Əleyhinə Xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev məsələ ilə bağlı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmişə müraciətlərin 90 faizinə imtina verir:

Bizim artıq 4-cü xəstəmizdir ki, imtina gəlib. Axırıncı dəfə 32 yaşında xanım xəstəmiz rəhmətə getdi. Ona 4 dəfə imtina cavabı gəlmişdi.

deyə qeyd edib həkim
Tural Qurbanov

Məsələyə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov münasibət bildirib. Onun sözlərinə görə, Səxavət Əskərovun sənədləri bir-birinə uyğun deyil:

Masallı rayon sakini Əskərov Səxavət Abı oğluna dair Masallı rayon mərkəzi xəstəxanası tərəfindən elektron altsistemə daxil edilən göndərişdə xəstənin hazırki vəziyyəti barədə hər iki ağciyərin fibroz-kavernoz vərəmi qeyd edilib. Lakin bunun əksinə olaraq, ftiziatr rəyi və rentgen müayinəsində təkcə sol ağciyərin fibroz-kavernoz vərəmi müəyyən edilib. Digər tərəfdən tənəffüs çatışmazlığını təsdiq edən spirometriya göstəriciləri rəqəmlərlə göstərilməyib. Səhiyyə müəssisəsi tərəfindən qeyd edilən məlumatlarda uyğunsuzluqların dəqiqləşdirilməsi üçün həmin göndəriş Masallı Rayon Mərkəzi Xəstəxanasına geri göndərdilib.

deyir agentlik rəsmisi

Qurbanov qeyd edib ki, ziddiyyət yaradan məlumatlar dəqiqləşdirildikdən sonra vətəndaş yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət edə bilər.

Masallı rayon Vərəm Əleyhinə Xəstəxananın baş həkimi Mirrəhim Nəbiyev nazirliyin açıqlamasını şərh edərkən bildirib ki, sənədlərdə hər iki ağciyərin vərəmi göstərilib:

Kompüterdə işləyənlər həkim deyil, operatordur. Ola bilsin, düz yazmayıblar. Vətəndaş yenidən xəstəxanaya gəlsin, mənim nəzarətimlə müraciət edək.

söyləyib

Natavan Əskərova bununla bağlı bildirib ki, baş həkim Mirrəhim Nəbiyevin nəzarəti ilə 3-cü dəfə nazirliyə müraciət ediblər:

Nə qədər müraciət etməliyəm? Yoldaşım addım ata bilmir. Hər dəfə müayinə üçün maşın tutub Bakıya getməli oluruq. Ona da verməyə pulum yoxdur. Nə yoldaşım işləyir, nə də mən. Ümidimiz bu pensiyaya idi. Onu da vermirlər.

deyə bildirib

Xəstənin həyat yoldaşı deyir, nazirlikdən yenidən imtina cavabı gələrsə, 4-cü dəfə müraciət etmək üçün nə maddi, nə də mənəvi gücü qalmayıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia