Ukraynanın paytaxtı Kiyevdə 16 diplomatik nümayəndəlik yenidən fəaliyyətə başlayıb. Bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi rəsmi feysbuk səhifəsində məlumat yayıb:
Bu gün 16 diplomatik missiyanın – Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistanın diplomatları yenidən işinə başlayır.
deyə qeyd olunub
XİN-in məlumatında vurğulanıb ki, diplomatik nümayəndəliklərin Kiyevdə qayıtması dünyanın Ukraynanı dəstəklədiyinin və ölkəyə inandığının sübutlarından biridir.