Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Tərtər işi”nə görə yeni həbslər, axtarışa verilən var

19 Aprel 2022
A A
“Tərtər işi”ndə hərbçilərə işgəncə verməkdə ittiham edilənlər həbs olunub

Baş Prokurorluq binası. Foto: Açıq mənbələr

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı yeni məlumat yayıb. Açıqlamada işgəncəyə məruz qalanların sayının artması, yeni həbs edilənlərin və ləğv edilən hökmlərin olduğu qeyd edilib.

Prokurorluğun məlumatında nələr deyilir:

  • İşgəncəyə məruz qalan 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. Əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınan şəxslərlə birlikdə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən olunub.
  • Hərbi qulluqçulara işgəncə verməsi, vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən daha 7 nəfər – Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu,  Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
  • Barəsində həbs qətimkan tədbiri seçilən Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün axtarışa verilib.
  • Dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib.
  • Hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə ittiham elan olunub.

Prokurorluğun məlumatında qeyd edilib ki, bu işlə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalsa da, zərərçəkmiş şəxs qismində tanınmayan şəxslər Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə əlaqə saxlasınlar.

“Tərtər işi” haqda nələri bilirik:

  • 2017-ci ilin mayında Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbi qulluqçu və mülki şəxslərin ölkəyə xəyanət etdikləri və Ermənistana məlumat ötürdükləri haqda bəyanat yayıb;
  • Hadisə haqda ilk rəsmi məlumatı  2021-ci ilin oktyabrında Hərbi prokuror Xanlar Vəliyev verib. O, yalnız işgəncə verilən hərbçilərin sayını açıqlayaraq 102-103 nəfərə müxtəlif formada işgəncələr verildiyini, cinayət işi başlayanadək yalnız bir nəfərin öldüyünü deyib.
  • Qeyri-rəsmi məlumatlara görə, “Tərtər işi”ndə  25 nəfər vətənə xəyanətdə təqsirləndirilib, 9 nəfər isə işgəncələr nəticəsində ölüb.   
  • İstintaqın qeyri-rəsmi olaraq “Tərtər işi” adlandırılmasının səbəbi kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tabeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsidir.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia