Bazar ertəsi, 18 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Assancın ABŞ-a ekstradisiyasına qərar verilib

20 Aprel 2022
A A
Assancın ABŞ-a ekstradisiyasına qərar verilib

Assanc tərəfdarlarının mitinqindən arxiv foto. Foto: Denis Voroşilev/RİA

Londonun Vestminster məhkəməsi “WikiLeaks”ın qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb. Bu haqda “WikiLeaks” tvitter hesabında məlumat yayılıb:

Böyük Britaniya hakimləri Culian Assancın ABŞ-a ekstradisiyasına qərar verib və onu 175 il həbs cəzası gözləyir.

qeyd olunub

Məhkəmə orderin verilməsi ilə bağlı qərarı aprelin 2-də verib. Jurnalistin ekstradisiyası ilə bağlı yekun qərarı Böyük Britaniyanın daxili işlər naziri Priti Patel verəcək. Assancın müdafiəsi mayın 18-dək məhkəmənin qərarına etiraz edə bilər.

Vestminster məhkəməsinin qərarından sonra Assancın tərəfdarları məhkəmə binasının qarşısında toplaşaraq ona azadlıq tələb ediblər. Tərəfdarlar hesab edirlər ki, 2 illik məhkəmə çəkişməsindən sonra jurnalistin taleyi yenidən siyasi qərarla müəyyənləşəcək.

Assanc kimdir: 50 yaşlı Culian Assanc minlərlə məxfi sənədin yayıldığı “WikiLeaks”ın əsasını qoyanlardan biridir. O, 2006-cı ildə bir sıra hökumətlər, ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaları, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatlarda dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə “WikiLeaks”da sənədlər yaymışdı.

Assanc necə həbs edilib: 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanc 7 il orada yaşasa da, 2019-cu il aprelin 11-də həbs edilib. Bundan sonra ABŞ Culian Assanca qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı ittihamlar irəli sürüb. O, ABŞ-a ekstradisiya olunarsa, 175 il həbs cəzası alacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia