Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoil”in prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib. Bu haqda şirkətin saytında açıqlama yayılıb:
Müvafiq istefalar bu gün şirkətin Direktorlar Şurasının sədrinə göndərilib. Səhmlərin cəmi 3,12%-i birbaşa Ələkbərova məxsusdur.
deyə bildirilib
Şirkətin məlumatında o da qeyd edilib ki, iş adamı şirkətdə səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.








