Ermənistan orudusunun zabiti dövlətə xəyanətdə ittiham edilərək ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. “Sputnik Armenia”nın məlumatına görə, başqa ölkənin xüsusi xidmət orqanları ilə yazılı razılığa gələn zabit 1400 dollar qarşılığında hərbi akademiyada birlikdə təhsil aldığı tələbə yoldaşları, eləcə də bölməsinin komandir heyəti haqqında məlumat ötürüb.
Bundan əlavə, hərbçi xarici hərbi sərginin erməni iştirakçılarının şəxsi məlumatlarını, bölmənin raket sistemlərinin sayı, 44 günlük müharibə zamanı texnikanın istifadəsi və itkiləri barədə məlumatları digər ölkəyə təhvil verib.
Milli Təhlükəsizlik Xidməti qeyd edib ki, zabit müharibədən sonra da 8 min dollar müqabilində məlumat toplamağa davam edib. Lakin əməli Milli Təhlükəsizlik Xidməti tərəfindən aşkar edildiyi üçün onları təhvil verə bilməyib.