Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Culfada idarə işçilərindən orduya dəstək adı ilə pul yığılır?

25 Aprel 2022
A A
Culfada idarə işçilərindən orduya dəstək adı ilə pul yığılır?

Azərbaycan əsgərləri. Foto: Açıq mənbələr

Naxçıvanın Culfa rayonunda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların işçiləri onlardan hərbi sahəyə yardım adı ilə pul yığıldığını iddia ediblər. Şikayətçilər “Gündəlik Naxçıvan”a bildiriblər ki, hər ay onların maaşlarından 10 manat pul tutulur və buna rayon icra başçısının müavinləri rəhbərlik edirlər. Dövlət idarələrinin birində çalışan Zamin Seyidov deyir, etiraz edənlər işdən çıxarılmaqla hədələnirlər:

Bizdən hər ay hərbiyə yardım adı ilə topladıqları pulları ciblərinə qoyurlar. Maaşımız onsuz da çox azdır, bir aydan o biri aya yetmir. Pulu vermək istəməyəni işdən qovmaqla hədələyirlər. Hər ay maaş vaxtı icra hakiminin müavini başımızın üstün kəsdirib hədələyir. Deyirlər, yuxarıdan tapşırıq belədir. Biz inanırıq ki, yuxarının bundan xəbəri yoxdur.

deyə qeyd edir

Digər şikayətçi Səxavət Əliyevin sözlərinə görə, bununla bağlı Ali Məclisə şikayət etmək istəyənlər cəzalandırılır:

Ordunun bizim 5-10 manata ehtiyacı yoxdur axı. Bilirik ki, bizdən yığılan pullar ciblərə gedir. Bir neçə nəfər bununla bağlı icra başçısının özünə şikayət etmişdi. O isə qəzəblənib, şikayətçiləri işdən qovdu. İndi heç kim qorxudan səsini çıxara bilmir. Bütün idarələrə xəbərdarlıq edib ki, bununla bağlı Ali Məclisə şikayətə gedənlər daha ağır cəzalandırılacaqlar. Buna görə, qorxudan kimsə səsini çıxara bilmir.

bildirir

Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı “Gündəlik Naxçıvan”a münasibət bildirərək iddialarının yalan olduğunu deyib, əlavə məlumat verməkdən imtina edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia