Bakıda “Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri daşıma xidmətinin qiymətinin aşağı olmasına görə etiraz yürüşü keçiriblər. Kuryerlər şirkətin Bakı ofisinin qarşısında toplaşaraq media vasitəsilə problemlərini dilə gətiriblər:
Sifarişlərin qiymətini 2.50-3 manatdan 1manat 10 qəpiyə salıblar. Hər 100 ədəd sifarişə görə 350-360 manat alırıq, 137 manat vergi ödəyirik və bu bizə sərf etmir. Bəzi işçilərin sistemini bloklamağa başlayıblar və bildiriblər ki, balansı 50 AZN artırsalar açılacaq. Lakin sistem bərpa olunmayıb.
deyiblər
Etirazçıların sözlərinə görə, az məbləğə işləyirlər və çoxlu təhlükələrlə üzləşirlər:
Bu gün bir cipi olan yolda açır qapını, kuryerlərə sataşır, sillə-təpiyə tutur, döyür. Adımız çıxır ki, guya motosikleti pis sürürük.
qeyd ediblər
Kuryerlər rəhbərlik ilə görüşə bilmədiklərini də qeyd edirlər. Onlara bildirilir ki, rəhbərlik Finlandiyada yerləşir.