Azərbaycanda iyunun 1-dən həkimlərin əməkhaqqında artım ediləcək. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığı təmin etməkdir:
Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək, 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək.
bildirib sədr
Agentlik rəsmisi vurğulayıb ki, həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.
17 ixtisas üzrə çalışan həkimlərin maaşı 2 dəfəyə kimi artacaq.
14 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 20-90% arası olacaq.