Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Media Azadlığı İndeksində 13 pillə irəliləyib

03 May 2022
A A
Milli Məclisin önündə jurnalistlərin “Media haqqında” qanun layihəsinə etiraz aksiyasından FOTOREPORTAJ

"Media haqqında qanun"a etiraz aksiyası. Foto: Mikroskop Media

Bu gün Dünya Mətbuat Azadlığı Günüdür və bununla əlaqədar “Sərhədsiz reportyorlar”(RSF) beynəlxalq qeyri-hökumət təşkilatı 2022-ci ildə ölkələrdə Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Hesabat hansı meyarlara əsaslanır:

  • siyasi:
  • iqtisadi;
  • sosial-mədəni;
  • təhlükəsizlik;

180 ölkənin yer aldığı siyahıda Azərbaycan ötən illə müqayisədə 13 pillə irəliləyərək 154-cü yerdə qərarlaşıb.

Azərbaycanda medianın durumu necə dəyərlənidirilib:

  • Prezident İlham Əliyev 2014-cü ildən bəri qalan tənqidçiləri amansızcasına susdurmağa çalışır.
  • Faktiki olaraq bütün media sektoru rəsmi nəzarətdədir və dövlət televiziyası ən populyar informasiya mənbəyidir. Ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb. Dövlət senzurasının hədəfində olan müstəqil xəbər saytlarının əksəriyyəti xaricdə yerləşir.
  • Hakimiyyət özünüsenzuradan imtina edən jurnalistləri sıxışdırmağa çalışır. Bu müxbirlərin məlumat əldə etmək imkanı ciddi şəkildə məhdudlaşdırılıb, dövlət qurumları onların suallarına cavab verməkdən imtina edirlər. KİV-i tənzimləyən agentliklərin, eləcə də jurnalistlər federasiyasının direktorları hökumət tərəfindən təyin olunan şəxslərdir. Hakimiyyət tənqidçiləri şəxsi məlumatların yayılması ilə hədələmək üçün hökumətyönlü mediadan istifadə edir.
  • Media qanunları son 20 ildə getdikcə repressiv xarakter alıb. Sektoru tənzimləyən bir çox qanunlar ölkənin mətbuat və ifadə azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini pozur. “Facebook” və ya “YouTube” kimi platformalarda hökuməti tənqid edən istənilən sosial media istifadəçisi ciddi cəzalarla üzləşir.
  • Xarici donorlarla əməkdaşlıq 2014-cü ildən qadağan edilib. Hökumət reklam sektoruna nəzarət edir, ölkədə heç bir müstəqil satış məntəqəsi fəaliyyət göstərə bilməz. Hökumətyönlü media pul mükafatları və rəsmi subsidiyalar alır. Hakimiyyət onların tərəfində olan jurnalistlərə mənzil və ya digər maddi dəyəri böyük hədiyyələr verməkdən çəkinmir.
  • Bakıdan kənarda mediada çalışan qadınların çoxu öz işlərini sərbəst şəkildə həyata keçirə bilmirlər. KİV-lərə mütəmadi olaraq cinayətkar qruplar tərəfindən təzyiqlər edilir ki, onlar haqqında məlumat dərc etməsinlər. Cinayətkarlar şəkillərini gizlətmək üçün bəzi saytlara pul ödəyirlər.
  • Təzyiqlərə, şantaj və ya korrupsiya cəhdlərinə müqavimət göstərən jurnalistlər absurd bəhanələrlə həbs edilirlər. Son 20 il ərzində heç bir məmur və ya polis əməkdaşı jurnalisti döydüyünə, təhqir etdiyinə görə cəzalandırılmayıb. Bir qayda olaraq, jurnalistlər rəsmi nəzarətdədir və onlar öz mənbələrini qoruyacaqlarına söz verə bilməzlər. Hakimiyyət mühacirətdə olan müstəqil jurnalistlərin ölkədə qalan dostlarına və ailələrinə təzyiq edərək onları özlərinə tabe etməyə çalışır.

Statistikaya nəzər yetirdikdə qonşu ölkələrdən Türkiyə, Gürcüstan və Ermənistanın Azərbaycandan irəlidə olduğu görünür.

Qonşu ölkələrdə medianın durumu:

  • Ermənistan – 51;
  • Gürcüstan – 89;
  • Türkiyə – 149;
  • Rusiya – 155;
  • İran – 178.

Ötən il Ermənistan 63, Gürcüstan 60, Türkiyə 153, Rusiya 150, İran isə 174-cü sırada olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia