Xəzər dənizində “UMID BABEK OPERATING COMPANY” əməliyyat şirkəti ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aşkarlanan obyektlərin keçmiş SSRİ dövründə suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olduğu müəyyən edilib:
Aşkarlanan minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılır.
qeyd edilib məlumatda
Nazirlik onu da qeyd edib ki, minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb. Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.