Suriya və İraqda saxlanma yerlərində, düşərgələrdə Azərbaycan vətəndaşlarının saxlanıldığı məlum olub. “Report”un məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2021-ci ildəki fəaliyyətləri ilə bağlı hesabatında bildirib:
Saxlanma şəraiti ilə tanış olunur, ailələri ilə əlaqə saxlamağa imkanlar yaradılır. Saxlanılanlar əsasən kişilərdir. Lakin qadın və uşaqlar da var.
qeyd edilib
Komitə onu da vurğulayıb ki, nümayəndələr həmin şəxslərə baş çəkirlər.