Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yerevanda 10 gündür nələr baş verir?

06 May 2022
A A
Yerevanda 10 gündür nələr baş verir?

Yerevanda etiraz aksiyası. Foto: Bahram Bagdasaryan/TASS

Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımların atılması Ermənistanda etirazla qarşılanıb. Aprelin 25-də paytaxt küçələrinə çıxan minlərlə vətəndaş Dağlıq Qarabağla bağlı siyasətə görə baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Mayın 2-sindən etibarən isə etrazçıların sayı artıb və Yerevanda genişmiqyaslı aksiyalar start götürüb.

Aksiyalar nə vaxt başlayıb, nələr baş verib

25 aprel – Baş nazir Nikol Paşinyanın əliyehinə etirazlar başlayıb. Müxalifət onu və rəhbərlik etdiyi hökuməti Azərbaycanla bu ölkənin bütün Dağlıq Qarabağ ərazisi üzərində suverenliyini tanıyan saziş imzalamaq niyyətində olmaqda ittiham edir.

30 aprel – Daha əvvəllər Nikol Paşinyana sui-qəsddə və hakimiyyəti qəsb etməkdə şübhəli bilinərək saxlanılan Milli Təhlükəsizlik Xidmətinin eks-rəhbəri Artur Vanetsyan bütün müxalif qüvvələrin Paşinyanın istefası tələbi ətrafında birləşdiyini bəyan edib. Vanesyan söz verib ki, müxalifət hakimiyyətə gələrsə, Azərbaycana “birtərəfli güzəştlərin” qarşısını almaq üçün tədbirlər görüləcək, Rusiya ilə münasibətlər dərinləşəcək.

1 may – Ermənistan parlamentinin vitse-spikeri, “Daşnaksütyun” millətçi sosialist partiyasının üzvü İşxan Saqatelyan mayın 2-dən şəhərdə genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına başlanacağını deyib. Tiqranaşen, Armavir və Aparandan olan asiya iştirakçıları İrəvana çataraq Fransa meydanına toplaşıblar.

2 may – Müxalifət tərəfdarları zibil qutuları və küçələrdəki skamyalardan barikadalar quraraq Yerevanın 4 əsas prospektini birləşdirən Fransa meydanı boyunca avtomobillərin hərəkətinə mane olublar. Həmin gün polis 244 nəfəri saxlayıb.

3 may – Qısa zamanda bütün etirazçılar Fransa meydanında toplaşıblar. Onlar meydanda çadırlar quraraq aksiyanı dayandırmaq fikrində olmadıqlarını bəyan ediblər.

4 may – Erməni KİV-ləri Parlament binası yaxınlığındakı parkda etirazçılara qarşı yüngül tüstülü bombalar quraşdırıldığını yazıblar. Aksiya iştirakçılarının bir hissəsi Xarici İşlər Nazirliyinin binasına doğru irəliləyib. Etirazçılardan biri binaya daxil olaraq orada Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını asıb. Daha sonra polislər bayrağı çıxarıblar

5 may – “Nikol Aqbalyan” hərəkatının fəalları Arabkir rayonunda Vaqarşyan küçəsini bağlayıblar. Betonqarışdıran və digər maşınlar yolu kəsiblər. Tıxacda qalan sürücülər aksiyaya siqnal verərək dəstək olublar. Yalnız polislərlə uzun danışıqlardan sonra maşınlar yolu açıblar.

6 may – Minlərlə etirazçı “Qələbə” körpüsünün qarşısını kəsərək hərəkəti dayandırıb. Polis 48 nəfəri həbs edib. Saxlanılanlara “polisin qanuni tələblərinə tabe olmama” maddəsi ilə cinayət işi açılıb.

Artıq 10 günə yaxındır aksiyalar davam edir, etirazçılar Paşinyan istefa verənə qədər dayanmayacaqlarını qeyd edirlər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia