Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Jurnalist Aytən Məmmədova bıçaqla təhdid edilib. Bu saata qədər məlum olanlar

09 May 2022
A A
Jurnalist Aytən Məmmədova bıçaqla təhdid edilib. Bu saata qədər məlum olanlar

Aytən Məmmədova jurnalistlərə necə təhdid edildiyini göstərir. Foto: Aynur Elgünəş, Meydan TV / Screenshot

8 mayda jurnalist Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olan vaxt naməlum şəxsin hücumuna məruz qalıb. Hücum edən şəxs onun boğazına bıçaq dirəyib və “sən ağıllanmadın?” deyib. Jurnalistin sözlərinə görə həmin şəxs adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmağı dayandırmağı tələb edib.

Hücum edən haqda bildiklərimiz: A. Məmmədovanın sözlərinə görə hücum edən şəxs ortayaşlı bir kişi olub. Jurnalist ehtimal edir ki, 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi barədə açılan cinayət işi haqda məhkəmələrdən yazdığı yazılara görə təhdid edilir.

Polisin reaksiyası: Jurnalist 9 mayda Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub. Ona bildirilib ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb və araşdırma davam edir.

Cinayət işi açılıbmı? Açılıb. Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. DİN-in Mətbuat Xidmətindən Elşad Hacıyev “Fecbook”da açıqlama yayıb ki, hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Media İnkişaf Agentliyinin mövqeyi: MEDİA jurnalistin hücuma məruz qalması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, A Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub. Sitat: Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır.

Nərmin Quliyevanın öldürülməsi haqda: 2019-cu ildə Tovuzun Dondar Quşçu kəndində itkin düşən 10 yaşlı N. Quliyevanın iki ay sonra cəsədi tapılır. Cəsədi tapan və polisə xəbər verən həmin kəndin sakini İlkin Süleymanov saxlanılır və cinayəti törətməkdə təqsirli bilinir. İ. Süleymanov və onun yaxınları bildirir ki, cinayəti onun boynuna götürməsi üçün günlərlə işgəncə verilib. A. Məmmədova həmin məhkəməni mütəmadi olaraq işıqlandıran jurnalistlərdən biridir.

İctimaiyyətin reaksiyası: Azərbaycanda olan jurnalistlər və hüquq müdafiəçiləri bəyanat yayaraq törədilən cinayət əməlinin düzgün araşdırılmasını və işin arxasında dayanan şəxslərin tapılıb cəzalandırılmasını tələb edib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia