Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Baydenin imzaladığı lend-liz qanunu Ukraynaya necə kömək edəcək?

10 May 2022
A A
Baydenin imzaladığı lend-liz qanunu Ukraynaya necə kömək edəcək?

Co Bayden sənədi imzalayarkən. Foto: Twitter/Angela Perez

Mayın 9-da ABŞ prezidenti Co Bayden Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb. Artıq Ukrayna ABŞ-dan qanuni məhdudiyyətlər olmadan, sürətli şəkildə müdafiə silahları, ərzaq yardımı, nəqliyyat ala biləcək. Bayden lend-liz qanununu qəbul etməklə ABŞ və dünya tarixində 81 əvvəlki mühüm addımı təkrarlamış oldu.

Qanun necə qəbul edilib:  Aprelin 28-də ABŞ Konqresi, demək olar ki, yekdilliklə Ukraynaya kredit-icarə verilməsi haqqında qanun layihəsini qəbul edib. Lend-liz qanununu 417 deputat dəstəkləyib, yalnız 10 deputat əleyhinə çıxıb.

Lend-lizlə Ukrayna nələr alacaq:

  • 3-cü nəsil M1A2 Abrams tankları;
  • ABŞ-ın M2A3 Bradley piyada döyüş maşınları;
  •  Özüyeriyən M109A6 Paladin silahları;
  • HIMARS buraxılış raket sistemləri;
  • Universal başlatma qurğusu.

ABŞ-ın bu addımına Ukrayna tərəfi dərhal münasibət bildirib:

  • Ukrayna Prezidenti Vladimir Zelenski Co Baydenə və ABŞ xalqına minnətdarlıq bildirib. Qanunun imzalanmasını tarixi addım adlandırıb.
  • Prezident Ofisinin rəhbəri Andrey Yermak qanunun hərbçilərin sayını artırmağa imkan verdiyini, qələbənin daha da yaxınlaşdığını deyib.  

Lend-liz qanunu haqda nələr bilirik: ABŞ Konqresi bu qanunu ilk dəfə 1941-ci ilin 11 martında qəbul edib. Qanun II Dünya Müharibəsi zamanı anti-Hitler koalisiyasını silah,ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etmək üçün qəbul edilmişdi. Bu qanun ABŞ-ın birbaşa müharibəyə girməməsinə icazə verib və 20 sentyabr 1945-ci ildə başa çatıb. 1941-ci il oktyabrın 1-də lend-liz bəzi şərtlərlə SSRİ-yə də şamil edilib. Ümumi olaraq ABŞ SSRİ-yə təxminən 11 milyard dollar dəyərində yardım yollayıb, bu məbləğin 2,37 milyardı ərzaq və digər mülki təyinatlı məhsullar olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia