Şənbə, 24 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda hərbi maşınlar hərbçilərin hesabına təmir edilir

11 May 2022
A A
Naxçıvanda hərbi maşınlar hərbçilərin hesabına təmir edilir

Hərbi maşın. Foto: Açıq mənbələr

Naxçıvanda hərbi texnikaların hərbçilərin maddi imkanı hesabına təmir edildiyi iddia olunur. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup hərbçi məlumat verib. Onların sözlərinə görə, hərbi texnikalar xarab olduqda onları məcbur edirlər ki, bu hissələri satın alıb maşını təmir etsinlər.

Adının çəkilməsini istəməyən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbçilərdən biri deyir ki, hərbi texnikaya cavabdeh olan sürücülər təmir xərclərini də öz cibindən qarşılamalı olur:

Özüm də sürücüyəm. Bu yaxınlarda cavabdeh olduğum texnika xarab oldu, 3 min manata yaxın xərci var idi. Dedilər, ya özün düzəltdirəcəksən, ya da həbsə göndərəcəyik. Məcbur qalıb maaş kartımı girov qoyub ehtiyat hissələri aldım. Hər ay maaşımı çəkib yarısını mənə verirlər, yarısını özləri götürür. Borcun içində batıram. Bu vəziyyətdə olan tək mən mən deyiləm, başqaları da var.

deyə bildirib

MAXE-nin sözlərinə görə, Naxçıvan şəhəri, 3-cü mikrorayonda yerləşən maşın bazarında hərbiyə aid maşın yağı, antifriz, təkər və motor hissələri tapmaq olar.

Digər hərbçi isə bildirib ki, ehtiyat hissələrin pulunu ödəyə bilməyənlərin arasında intihar edənlər də olur.

Ötən il bir nəfərə də 10 min yüklədilər. Dedilər, verməsə, fərari kimi həbs olunacaq. 28 yaşında cavan adam idi, intihar etdi. Uşaqları da yetim qaldı.

deyə qeyd edib

Şikayət edən hərbçilər vurğulayıblar ki, texniki hissələrin bazarda satışına Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşı Nemət Mustafayev rəhbərlik edir.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia