Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan XİN-dən Paşinyana cavab – Baş nazir nələr deyib?

12 May 2022
A A
Azərbaycan XİN-dən Paşinyana cavab – Baş nazir nələr deyib?

Nikol Paşinyan “Klingendayl” İnstitutunda çıxış edərkən. Foto: Açıq mənbələr

Ermənistanın baş naziri Nikol Paşinyan Niderland səfəri zamanı “Klingendayl” Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edərkən Azərbaycanla hazırkı münasibətə toxunub, Dağlıq Qarabağdakı son durum barədə danışıb. Çıxışı zamanı Paşinyanın Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi haqda səsləndirdiyi fikirlərə Azərbaycan XİN cavab verib.

Paşinyan nələr iddia edib:

  • 2020-ci il 9 noyabrda üçtərəfli bəyanat qəbul edildikdən sonra Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunduğunu bildirdi. Bu, təkcə siyasi bəyanat deyil, əslində Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın fikirlərinin kulminasiya nöqtəsidir. Bu siyasəti bir cümlə ilə formalaşdırsaq, siyasət belədir: ermənisiz Qarabağ.
  • Bu ilin yaz aylarında Azərbaycan ordusunun hərbçiləri Dağlıq Qarabağda erməni kəndlərinin yaxınlığında səsgücləndiricilər yerləşdirərək sakinləri evlərini tərk etməyə çağırıblar. Əks halda onları zorla çıxaracaqlarını deyiblər.
  • Azərbaycan hərbçiləri gecələr güclü işıqlandırmalı fənərlərlə erməni kəndlərinin evlərinə işıq salırdılar, yüksək səslə azan oxudurdular. Bu, dini terrorizmin nümunəsidir.
  • Bu ilin martında Dağlıq Qarabağda qar yağıb. Martın 8-dən də Azərbaycanın nəzarətində olan ərazidə Qarabağı qazla təmin edən kəmərdə partlayış baş verib. Təmir uzun çəkdi və təmirdən sonra Azərbaycan borunun üzərinə siyirtmə qoyub, ondan siyasi, mənəvi və sosial təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.
  • Bir müddət əvvəl Azərbaycanın Mədəniyyət Nazirliyi açıqlama yaydı ki, erməni kilsəsi hesab edilən abidələrin üzərindəki “saxta yazıları silmək üçün” işçi qrupu yaradılıb. Və bundan bir neçə ay əvvəl Azərbaycan prezidenti Azərbaycanın nəzarətində olan, qədim erməni kilsəsinin yerləşdiyi əraziyə gələrkən demişdi ki, məbədlərin üzərindəki yazılar yalandır, bu yalan aradan qaldırılmalıdır.
  • Bu gün bir çox beynəlxalq təşkilatların, qurumların – BMT, YUNESKO, hətta ATƏT-in Dağlıq Qarabağa girişi qadağandır. Azərbaycan bu fürsəti əngəlləyir. Bu təcrübə o qədər də aydın deyil, çünki reallığı təhrif etmək istəyi yoxdursa, bu giriş məhdudiyyəti siyasəti çox aydın deyil.

Nikol Paşinyanın səsləndirdiyi fikirləri Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva şərh edib. O, Nikol Paşinyanın dediklərini əsassız iddia və ittiham adlandırıb:

  • Beynəlxalq ictimaiyyətin mövqeyi ilə üzləşən Ermənistan mina xəritələrini hissə-hissə Azərbaycana təqdim etdi və verilən xəritələrin dəqiqliyi isə 25% təşkil edib. Mina xəritələrinin təqdim edilməsini humanitar jest kimi qələmə vermək yanlışdır. Çünki bu, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliyi idi.
  • 30 ilə yaxın Ermənistan tərəfindən darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Bu ərazilərdəki genişmiqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur.
  • Ermənistan baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır.

XİN rəsmisi onu da vurğulayıb ki, Paşinyanın Azərbaycana qarşı əsassız iddialarla çıxış etməsi onların sülh üçün hərəkətə keçmək istəklərini ciddi sual altına alır.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia