Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Eurovision”da Azərbaycanla bağlı qalmaqal – İTV açıqlama yayıb

16 May 2022
A A
“Eurovision”da Azərbaycanla bağlı qalmaqal – İTV açıqlama yayıb

"Eurovision-2022"də səsvermə. Foto: skrinşot

Bu il İtaliyanın Turin şəhərində baş tutan  “Eurovision – 2022” mahnı müsabiqəsi 3 aydan çoxdur ki, müharibə gedən Ukraynanın qalib olması və bəzi digər qalmaqallı məqamlarla yadda qalıb. Belə ki, münsif səsverməsi zamanı Azərbaycanın verdiyi xal mübahisəli mövzu olub, müsabiqə təşkilatçıları ilə anlaşmazlıq yaşanıb.

Final gecəsi nə baş verib: Münsif səsverməsi zamanı texniki problem yaşandığı deyilib və Bakı ilə bağlantı yaradılmayıb. Yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs verdiyi görünüb. Lakin münsiflər heyəti Ukraynaya 12 bal verdiklərini bildiriblər.

Bənzər hal Gürcüstan münsiflər heyətinin səsverməsi zamanı da yaşanıb. Heyət Ukrayna təmsilçisinə 12 xal verib. Lakin müsabiqə təşkilatçıları efirdə 6 rəqəmini səsləndiriblər, 12 bal isə Böyük Britaniyaya verilib.

Yarışmadan sonra hansı qərar çıxarılıb: Avropa Yayım Birliyi 6 ölkənin – Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Səbəb kimi münsiflər heyətinin səsverməsini manipulyasiya etməkdə şübhəli bilinən cəhdlər etməsi göstərilib. Qeyd edilən ölkələrin münsiflər heyətinin səsləri nəzərə alınmayıb.

Müsabiqədən sonra Azərbaycan və Gürcüstan yaşananlarla bağlı müsabiqəsinin təşkilatçılarına etirazlarını bildiriblər. Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.

İTV-nin bəyanatında nələr deyilir:

  • Müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdiyi ölkələrin adlarını göndərilib. Siyahıya əsasən, 12 bal Ukraynaya verilib. Yarışma təşkilatçıları İTV nümayəndələrindən final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik.
  • Təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi bildirmişik.
  • Yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat verilib. Lakim hansısa “sübutlar” indiyə qədər təqdim olunmayıb.
  • Yayım zamanı İTV-nin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər. Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib.
  • Bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb. Təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik.
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia