Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistan Azərbaycana 6 maddəlik sülh təklifini açıqlayıb

17 May 2022
A A
Ermənistan Azərbaycana 6 maddəlik sülh təklifini açıqlayıb

Ermənistan-Azərbaycan cəbhəyanı bölgəsi. Foto: Əziz Kərimov/Reuters

Ermənistan münasibətlərin normallaşması üçün Azərbaycanın təqdim etdiyi 5 bəndlik təklifə cavab olaraq hazırladığı 6 bəndi bəyan edib. Ermənistan “İctimai Radio”sunun məlumatına görə, sənədi “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan yerli kanala müsahibəsi zamanı nümayiş etdirib. O, qeyd edib ki, rəsmi sənəd rus dilindədir və efirdə erməni dilinə tərcüməsini oxuyub.

6 bənddə qeyd edilənlər:

1. Martın 11-də biz Azərbaycandan müqavilə ilə bağlı təklif almışıq, ona cavab veririk.

2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.

3. Ermənistan üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4. Ermənistan ölkənin baş naziri Nikol Paşinyanın, Rusiya prezidenti Vladimir Putinin, Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci ilin 9 noyabrında, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında göstərilən öhdəlikləri (hərbi əsirlərin qaytarılması, yolların açılması) mühüm hesab edir.  

5. Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşdırılması, BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında dövlətlərarası münasibətlərin qurulması üçün danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Normallaşma üçün hansı addımlar atılıb: Fevralın sonlarında Azərbaycan XİN-i Ermənistana sülh müqaviləsinin imzalanması üçün 5 maddədən ibarət təklif verib. Lakin Ermənistan 5 maddəlik təklifin 21 fevral tarixli olduğunu, amma onlara mart ayında təqdim olunduğunu iddia edib. Azərbaycanın xarici işlər naziri Bayramov isə bildirib ki, bunu vasitəçilərdən soruşmaq lazımdır. Bundan başqa, nazir vurğulayıb ki, cavab olaraq göndərdikləri 6 bəndlik sənədi təklif hesab etmək olmaz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia