Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Amnesty International”: Azərbaycan hərbçiləri Qarabağda daha çox yaşlıları öldürüblər

20 May 2022
A A
Amnesty Azərbaycana görə UEFA-ya çağırış edib

Amnesty İntornational.Foto: AFP

“Amnesty International” insan haqları təşkilatı 44 günlük müharibə zamanı yaşlı erməni mülki əhaliyə qarşı törədilən beynəlxalq humanitar hüquq pozuntuları, o cümlədən hərbi cinayətlər barədə hesabat hazırlayıb. Dərc edilən məqalədə vurğulanır ki, öldürülən erməni mülki şəxslərin yarıdan çoxu 60 yaşdan yuxarıdır, ən yaşlısının isə 89 yaşı olub.

Beynəlxalq hüquq pozuntuları və hərbi cinayətlər

Qondarma Dağlıq Qarabağın İnsan Hüquqları üzrə Ombudsmanının məlumatına görə, döyüşlər zamanı ən azı 48 yaşlı mülki şəxs öldürülüb. Bu isə sənədləşdirilmiş mülki ölümlərin yarısından çoxunu təşkil edir. Ən azı 30 nəfər yaşlı insan kənd və qəsəbələrə nəzarəti ələ keçirdikdən sonra Azərbaycan qüvvələri tərəfindən qanunsuz olaraq öldürülüb. Qocaların hamısı mülki şəxslər olub. Onlar öldürülərkən, və ya saxlanılarkən silahları olmayıb.

“Amnesty İnternational” şahidlərin və qohumların ifadələri, eləcə də ölüm haqqında şəhadətnamələr, Ermənistan tərəfindən həyata keçirilən rəsmi məhkəmə ekspertizaları və sosial şəbəkələrdə yerləşdirilən videolar əsasında bu işlərin çoxunu yoxlaya bilib. Qətllərin bir çoxu bəzən baş kəsmək və ya uzaq məsafədən güllələmək yolu ilə həyata keçirilib. Bəzən isə qətldən əvvəl işgəncə və ya digər pis rəftar, eləcə də cəsədlərin şikəst edilməsi halları olub.

Hesabatda qeyd edilib ki, Azərbaycan hərbçilərinin qeyd edilən bir çox hərəkətləri – məhkəmədənkənar edamlar, işgəncələr, meyitlərin şikəst edilməsi və mülki şəxslərə hücumlar  Azərbaycanın beynəlxalq insan hüquqları üzrə öhdəliklərini pozur və müharibə cinayətləri hesab edilir.

Azərbaycanın öhdəlikləri

Azərbaycan yaşamaq hüququnu qoruyan, işgəncə və digər pis rəftarları qadağan edən əsas insan hüquqları müqavilələrinin, o cümlədən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın, İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar əleyhinə Konvensiyanın iştirakçısıdır.

Beynəlxalq humanitar hüququn bütün əsas təminatları və digər qaydaları adi beynəlxalq humanitar hüququn bir hissəsini təşkil edir və silahlı münaqişənin bütün tərəfləri üçün hüquqi məcburidir. Bu səbəbdən Azərbaycanın da beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri var:

– xəstələr,

– yaralılar,

– təslim olmuş,

–  əsir düşmüş

döyüşçülər də daxil olmaqla, bütün mülki şəxslərə, döyüşən şəxslərə humanist davranılmalıdır. Həmin şəxsləri öldürülmə, işgəncə, pis rəftar, şikəst etmək qadağandır.

Silahlı münaqişə zamanı beynəlxalq hüquq qocalara və əlillərin təxliyə edilməsini, eyni zamanda saxlanma yerlərində xüsusi qayğının göstərilməsinin prioritetləşdirilməsi ilə bağlı müdafiə təmin edir. Lakin hesabatda sənədləşdirilmiş hallar göstərir ki, Azərbaycan tərəfi ciddi pozuntulara və cinayətlərə yol verərək qocaları hədəf alıb. Ümumilikdə Azərbaycanın hərbi əməliyyatları qeyri-mütənasib şəkildə yaşlılara təsir edib.

Bu hesabatda sənədləşdirilmiş müvafiq ağır pozuntular və müharibə cinayətlərinə aşağıdakılar daxildir:

  • qəsdən adam öldürmə,
  • işgəncə və ya qeyri-insani rəftar,
  • qəsdən bədənə və ya sağlamlığa zərər vermə,
  •  qanunsuz həbs.

Sənəddə vurğulanıb ki, Azərbaycan və Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş hərbi cinayətləri araşdırmalı və və lazım gələrsə, şübhəli şəxsləri cinayət məsuliyyətinə cəlb etməlidir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia