Sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı İran sərhədçiləri tərəfindən güllələnərək öldürülüb. “Report”un məlumatına görə, bu haqda Dövlət Sərhəd Xidmətindən bildirilib. Qeyd edilib ki, hadisə mayın 16-da baş verib:
Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İran sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirib. Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
deyə bildirilib
Məlumatda vurğulanıb ki, hadisənin araşdırılması üçün İran tərəfinə sorğu göndərilib.