Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şahbaz Quliyev: “Bizi Kəlbəcərə Əli Həsənov göndərmişdi”

23 May 2022
A A
Şahbaz Quliyev: “Bizi Kəlbəcərə Əli Həsənov göndərmişdi”

Şahbaz Quliyev. Foto: Videodan skrinşot

6 il erməni girovluğunda olan Şahbaz Quliyev Kəlbəcərə getmələri ilə bağlı iddialar səsləndirib. O, bu haqda Xural TV-nin canli efirində danışıb. Quliyevin sözlərinə görə, 2014-cü ildə Kəlbəcərə həmin dövrdə baş nazirin müavini, eyni zamanda “Qaçqınkom”un sədri olan Əli Həsənov tərəfindən göndəriliblər:

Biz Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salınmışıq. Əlimizə silah, qumbara verib yola salıblar. Məni çağırdılar, “dövlətə lazımsan” deyib, göndərdilər. Məni tək göndərmək istəyirdilər. Dedim, oraları Dilqəm yaxşı tanıyır. Həmin vaxt Dilqəm Şəmkirdə polisə düşmüşdü, həbsdəydi. Onu çıxartdırıb bələdçi kimi bizim yanımıza gətirdilər.

deyə qeyd edib

Şahbaz Quliyev bildirib ki, Əli Həsənova verdiyi kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib onlara göstəriblər.

Barəsində səsləndirilən ittihamlara cavab verən Əli Həsənov Şahbaz Quliyevi tanımadığını deyib:

Mən Müdafiə Nazirliyiyəm, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onunla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram.

bildirib

2014-cü ildə nə baş verib: 2014-cü il iyulun 11-də Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov həmin illərdə işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün getdiklərini deyiblər. Ermənistan Silahlı Qüvvələri əməliyyat keçirərək Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb, Həsən Həsənov isə güllələnərək öldürülüb. Daha sonra hər ikisi qondarma Dağlıq Qarabağ Məhkəməsinə çıxarılıb, Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs verilib.

Azərbaycana nə vaxt qaytarılıblar: 2020-ci ildə 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 6 illik girovluqdan sonra Şahbaq Quliyev və Dilqəm Əsgərov 2020-ci il dekabrın 14-də Azərbayacan gətirilib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia