Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının tərkibi bəlli oldu

23 May 2022
A A
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının tərkibi bəlli oldu

Ermənistan-Azərbaycan sərhədi. Foto: Karen Minasyan/AFP

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasi üzrə hər iki ölkənin yaratdığı Dövlət Komissiyasının tərkibi müəyyən edilib. Bununla bağlı Azərbaycan prezident İlham Əliyev, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan sərəncam imzalayıblar. Azərbaycan tərəfdən Komissiyaya sədrliyi baş nazirin müavini Şahin Mustafayev edəcək.

Komissiyada olan qurum rəsmiləri:

Naxçıvan MR-nın Baş nazirinin müavini;

Xarici işlər nazirinin müavini;

Daxili işlər nazirinin müavini;

Ekologiya və təbii sərvətlər nazirinin müavini;

Ədliyyə nazirinin müavini;

Kənd təsərrüfatı nazirinin müavini;

Müdafiə nazirinin müavini;

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini;

Dövlət Sərhəd Xidməti rəisinin müavini;

Xarici Kəşfiyyat Xidməti rəisinin müavini;

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini;

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi;

Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri;

Komissiyada olan icra başçıları:

Qazax Rayon İcra Hakimiyyətinin başçısı;

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı;

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı;

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı;

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı;

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı;

Laçın Rayon İcra Hakimiyyətinin başçısı;

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı;

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Ermənistan tərəfdən isə Komissiyaya baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edəcək. Bundan başqa, komissiyanın tərkibinə nazirliklərin, digər strukturların nümayəndələri də daxil olacaq.

Ermənistanı kimlər təmsil edəcək:

Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan;

Müdafiə nazirinin müavini Arman Sarkisyan;

Ədliyyə nazirinin müavini Qriqor Minasyan;

Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan;

Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə Yeqişe Kirakosyan;

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arakel Martikyan:

Kadastr Komitəsinin rəis müavini Narine Avaqyan, Aram Quqarats;

MTN sərhəd qoşunlarının komandanı Arman Maralçyan;

MTN departamentlərindən birinin rəisi D.Sanamyan;

Silahlı Qüvvələrin Hərbi topoqrafik xidmətinin rəisi Sergey Petrosyan.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia