Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Bolt” taksi sürücüləri etiraza hazırlaşır

23 May 2022
A A
“Bolt” taksi sürücüləri etiraza hazırlaşır

"Bolt" proqramı. Foto: Açıq mənbələr

“Bolt” taksi xidmətinin sürücüləri etiraz aksiyası keçirmək qərarına gəliblər. Bu haqda məlumatı sosial şəbəkədə şirkətin işçilərindən olan Nicat Məmmədov yayıb. Onun sözlərinə görə, aksiyanı mayın 27-nə planlaşdırıblar:

5-ci gün (27 may) axşam saat 5-7 arası bütün “Bolt” sürücüləri hamı birdən proqramı bağlayıb, “Bolt”u boykot edəcəyik. Bu 2 saat ərzində kim ki, gündəlik kirayə verir, başqa şirkətin proqramı ilə işləyə bilər. Təki Bolt bağlı olsun.

Nicat Məmmədov

Aksiyanın təşkilatçısı olan Məmmədov “Bolt” şirkətinə qarşı irəli sürdükləri tələbləri qeyd edib.

Sürücülərin tələbləri aşağıdakılardır:

  • Komissiya 20%-dən 10%-ə endirilsin;
  • Minimal qiymət 2.40 AZN-dən başlasın;
  • Gedilən ünvan, qiymət, ödəniş üsulu sürücüyə göstərilsin;
  •  Kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. 1-2 gün ərzində avtomatik sürücünün hesabına köçsün və ya gündəlik benzin talonu verilsin;
  • Gözləmə vaxtına görə hər dəqiqə ən azı 10 qəpik hesablansın (hazırda 2 qəpikdir);
  •  Müştəri sifariş verdiyi ünvandan əlavə yerə sürdürsə, onun ödənişi programda avtomatik hesablansın;
  •  Sürücülər səbəbsiz yerə bloklanmasın. Problem varsa, ədalətli şəkildə araşdırılsın;
  • Məsafəyə görə məbləğlər düzgün hesablansın. Bəzən yol olmayan yerlərdən məsafə hesablanır. Bu, əsasən mərkəzdən kənar yerlərdə olur.
  •  Sürücülərin pulunu verməyib qaçan müştərilərin ödənişi “Bolt” tərəfindən tam olaraq kompensasiya olunsun.
  •  Ləğv edilən sifarişlərə görə sürücülərə kompensasiya ödənilsin.

Vurğulanıb ki, bu, boykotun 1-ci mərhələsidir və “Bolt” sürücülərin tələblərini yerinə yetirənə qədər etirazın müddəti 2 saatdan daha artıq olacaq.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia