Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Liderlər üçüncü dəfə bir arada – Görüşdə nələr danışılıb?

23 May 2022
A A
Liderlər üçüncü dəfə bir arada – Görüşdə nələr danışılıb?

İlham Əliyev, Şarl Mişel, Nikol Paşinyan. Foto: president.az

Mayın 22-də Brüsseldə prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3-cü dəfə üçtərəfli görüş baş tutub. Bu toplantıdan əvvəl isə Şarl Mişel prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşüb. Hər iki liderlə görüş 2 saata yaxın davam edib.

İlham Əliyev görüşdə nələrdən danışıb:

  • Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsas rol oynayır.
  • I Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsi vacibdir.
  • İşğaldan azad edilmiş ərazilərimizdə mina problemi həllini tapmalıdır.
  • Ermənistan 10 noyabr Bəyanatının bütün müddəalarını icra etməlidir.

Təkbətək görüşdən sonra isə üçtərəfli toplantı baş tutub. Aprel ayında olduğu kimi bu görüş də 4 saata yaxın davam edib.

Görüşdə əsas müzakirə mövzuları:

  • sərhəd məsələləri;
  • kommunikasiyaların açılması;
  • sülh müqaviləsi.

Sərhəd məsələləri

  • Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Bu görüşdə delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün suallara cavab tapılacaq.

Kommunikasiyaların açılması

  • Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər 2 ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəlinib.

  • Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib. Baş nazirlərin müavinləri yaxın günlərdə bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

  • Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəlinib. Xarici işlər nazirlərinin başçılıq etdiyi qruplar bu prosesi yaxın həftələrdə davam etdirəcəklər.

Bu görüşdə ilk dəfə Qarabağdakı etnik ermənilərlə bağlı mövzuya toxunan Mişel bildirib ki, hər iki tərəf qeyd edilən erməni əhalisinin hüquqları və təhlükəsizliyi təmin etməlidir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia