Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sədərək gömrüyündə qanunsuzluğu çəkən bacı-qardaş həbs edilib

24 May 2022
A A
Sədərək gömrüyündə qanunsuzluğu çəkən bacı-qardaş həbs edilib

Gömrük buraxılış məntəqəsi. Foto: naxcivanxeberleri

Şərur rayon sakini Səma Quliyeva Sədərək gömrüyündə üzləşdiyi qanunsuzluğu çəkib paylaşdığına görə qardaşı Şəfi Quliyevlə birgə həbs edilib. Bu haqda məlumatı onların yaxınları “Gündəlik Naxçıvan”a bildiriblər. Onların sözlərinə görə, Sədərək Rayon Məhkəməsi bacı-qardaş barəsində 30 sutkalıq həbs qərarı çıxarıb.

Adının açıqlanmasından çəkinən qohum bildirib ki, Səma video çəkdikdən sonra gömrük məntəqəsinə polis çağrılıb və onlardan izahat alınıb:

 Bu zaman onlara mənəvi və psixoloji təzyiqlər olub. Hadisə ilə bağlı dərhal Ali Məclisə xəbər verilib. Həmkəndlilərinin haqqını tələb eləməsi Vasif Talıbovu qəzəbləndirib. Məhz onun sifarişi ilə Səma və Şəfi gömrükdən birbaşa Sədərək Rayon Məhkəməsinə aparılıblar.

deyə söyləyib

Quliyevlərin qohumu onu da bildirib ki, bacı-qardaş Kəngərli rayonundakı Böyükdüz təcridxanasına aparılıb və ailə üzvləri ilə görüşməyə icazə verilmir.

İddialara nə cavab verilib: Sədərək gömrük məntəqəsi “Gündəlik Naxçıvan”a Səma və Şəfi Quliyevlərin məhkəməyə aparılmasını təsdiqləyib, lakin məlumat vermək istəməyib. Sədərək Rayon Məhkəməsi isə zəngələrə cavab verməyib.

Həbsə səbəb olan videoda nələr var: Sözügedən videonu Səma Quliyeva mayın əvvəlində çəkib. O, Türkiyədən gələrkən özü ilə müəyyən miqdarda tərəvəz gətirib. Lakin Sədərək gömrük buraxılış məntəqəsində həmin məhsullar müsadirə edilib. Bu zaman gömrük əməkdaşları Quliyevanın gətirdiyi kartof-soğanı əlindən alaraq yerə dağıdıblar.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia