Cümə axşamı, 30 İyun 2022
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Azərbaycan Avropa Məhkəməsi tərəfindən 27200 avro cərimələnib

25 May 2022
2 min read
Azərbaycan Avropa Məhkəməsi tərəfindən 27200 avro cərimələnib

AİHM binası. Foto: Christian Lutz/AP

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan göndərilən 7 şikayət ərizəsinə baxaraq 3-ü barədə qərarını elan edib. Məlumata görə, məhkəmə qərarları hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmaları əsasında çıxarıb.

Şikayətlər hansı motivdə olub?

  • Hümeyir Əhmədovun ölkədən çıxışına qadağa qoyululub. O, hərəkət azadlığı hüququnun pozulduğunu, eyni zamanda bu məsələ ilə bağlı ölkə daxilində effektiv müdafiə vasitələrinin mövcud olmadığını iddia edib.
  •  “Yehova Şahidləri” dini icmasının üzvləri Rəşad Niftəliyev və digər 4 nəfər 2011-ci ildə Gəncədə keçirilən dini ayin zamanı saxlanılaraq məhkəməyə çıxarılıblar. Onlar dini məclislərin təşkili və keçirilməsi qaydalarının pozulmasında günahkar bilinib və 500-1500 AZN cərimə olunublar. Bu hadisədən sonra şikayətçilər Avropa Məhkəməsində şəxsi həyata hörmət, dini etiqad azadlığı, toplaşmaq azadlığı və ayrıseçkiliyin qadağan olunması hüquqlarına müdaxilə edildiyini bildiriblər.
  • Hüseynov və Mirqasımov  yerli məhkəmələrin qərarlarının icra etmədiyini, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia ediblər.

Məhkəmə qərarı, cərimələr

  • Hümeyir Əhmədovun şikayəti dostca anlaşma ilə yekunlaşıb. Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görə isə 1000 avro ödəməlidir.
  • İkinci şikayətdə isə 5 ərizəçinin hər birinə mənəvi zərərə və xərclərə görə 3000 avro cərimə ödənilməsi barədə qərar çıxarılıb.
  • Sonuncu müraciətdə hökumət və şikayətçilər dostca anlaşıblar. Avropa Məhkəməsinin qərarına əsasən, hökumət Hüseynova 2350,  Mirqasımova 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir.

Ümumilikdə Azərbaycan hökumətinin ödəməli olduğu cərimə 27200 avro təşkil edir.

Son yazılar

Ermənistanda ilk dəfə baş prokuror qadın seçilib

by Mikroskop
29 İyun 2022
0
Ermənistanda ilk dəfə baş prokuror qadın seçilib

Baş nazir Nikol Paşinyanın köməkçisi Anna Vardapetyan Ermənistanın baş prokuroru seçilib. O, ölkə tarixində bu posta seçilən ilk qadındır. “Sputnik...

Read more

Paşinyan: “Azərbaycan yeni müharibəni legitimləşdirməyə çalışır”

by Mikroskop
28 İyun 2022
0
Paşinyan: “Azərbaycan yeni müharibəni legitimləşdirməyə çalışır”

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də onlayn mətbuat konfransı keçirib. O, jurnalistlərə Laçın şəhərinin Azərbaycana verilməsindən danışıb və digər...

Read more

G7 ölkələri Rusiyanın müdafiə sahəsinə sanksiyaları artırır

by Mikroskop
27 İyun 2022
0
G7 ölkələri Rusiyanın müdafiə sahəsinə sanksiyaları artırır

G7 ölkələri Rusiyanın sənaye resurslarına və müdafiə sahəsini dəstəkləyən texnologiyalara çıxışını daha da məhdudlaşdırmaq niyyətindədir. Bu barədə ABŞ prezidenti Co...

Read more

Rusiya Kiyevi Xəzərdən bombalayır

by Mikroskop
26 İyun 2022
0
Rusiya Kiyevi Xəzərdən bombalayır

Bu gün səhər saatlarından etibarən Ukraynanın paytaxtı Kiyev şəhəri Rusiya Silahlı Qüvvələrinin raket zərbələrinə məruz qalıb. Paytaxtın Şevçenko rayonu ərazisindəki...

Read more

İran ABŞ-dan 4 milyard dollardan çox təzminat istəyir

by Mikroskop
23 İyun 2022
0
İran ABŞ-dan 4 milyard dollardan çox təzminat istəyir

İran məhkəməsi ABŞ-ın terror aktlarında ölən iranlı nüvə alimlərin ailələrinə 4 milyard 300 milyon dollar təzminat ödəməsi barədə hökm çıxarıb....

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan